Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:10

Trump Putini təbrik etməsinə haqq qazandırır


ABŞ prezidenti Donald Trump Vladimir Putini təkrar Rusiya prezidenti seçilməsi münasibətilə təbrik etməsinə haqq qazandırıb və deyib ki, dünyanın problemlərini həll etmək naminə Rusiya ilə yaxşı münasibətlər zəruridir.

Trump martın 21-də yazdığı tvitdə bildirib: “Saxta Xəbər Mediası ağlını itirib, çünki onlar istəyirdilər ki, mən onu tənqid edim. Onlar yanlış mövqedədirlər! Rusiya ilə yola getmək yaxşı şeydir”

ABŞ prezidenti başqa bir tvitdə yazıb ki, “onlar bizə Şimali Koreya, Suriya, Ukrayna, İŞİD, İran və hətta silahlanma yarışı problemlərinin həllində kömək edə bilərlər”.

Trump martın 20-də zəng edərək Putini təbrik etdiyini bildirdikdən sonra tənqid atəşinə tutulmuşdu.

Bundan əvvəl ABŞ prezidenti demişdi ki, iki lider “çox da uzaq olmayan gələcəkdə” silahlanma yarışı, Ukrayna, Şimali Koreya və Suriya məsələlərini müzakirə etmək üçün görüşəcəklər.

Kreml bildirmişdi ki, Trump və Putin arasında telefon söhbətində tərəflər “diqqəti ən yüksək səviyyədə görüşün keçirilməsi mümkünlüyünə yönəldib”.

Trump-ı Putini təbrik etdiyinə görə tənqid edən millət vəkillərinin arasında senator John McCain də var. O deyib ki, “Amerika prezidentləri azad dünyaya, diktatorları qondarma seçkidə qalib gəldiklərinə görə təbrikləməklə liderlik etmirlər”.

Bu arada ABŞ mediası bildirir ki, Trump onu Putinə zəng etməkdən çəkindirən müşavirlərin xəbərdarlığına məhəl qoymayıb.

Ağ Ev rəsmiləri bu xəbəri təkzib etməyiblər, lakin deyiblər ki, “məlumatı yayan hər kimdirsə vəzifəsindən uzaqlaşdırıla bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG