Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Ağ Ev və Kreml: Trump və Putin 'birgə işləmək' razılığına gəliblər


Prezident Donald Trump Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti edir
Prezident Donald Trump Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti edir

ABŞ və Rusiya prezidentləri Donald Trump və Vladimir Putin arasında Trump-ın inaqurasiyasından bəri ilk telefon danışığı olub.

Ağ Ev bildirib ki, danışıq “pozitiv” olub və Birləşmiş Ştatlarla Rusiya arasında “münasibətlərin yaxşılaşdırılmasına başlanması böyük əhəmiyyət daşıyır”.

Ağ Evdən verilən qısa bəyanatda deyilir ki, prezidentlər Trump və Putin terrorizm və ümumi narahatlıq doğuran başqa məsələlərin “birlikdə çevik həllinə ümid etdiklərini” bildiriblər.

Kremldən alınan xəbərlərdə deyilir ki, telefon söhbəti “münasibətlərin bərpası və yaxşılaşdırılmasına yönəlik əhval-ruhiyyənin olduğunu” göstərib.

Bəyanatda deyilir ki, “hər iki tərəf Rusiya-Amerika münasibətlərinin stabilləşdirilməsi və inkişaf etditilməsi istiqamətində fəal, birgə əməkdaşlığa hazır olduğunu bildirib.

Kreml bildirib ki, Putin və Trump Suriyada İslam Dövləti qrupunun məğlub edilməsinə yönəlmiş hərəkətlərin koordinasiya edilməsi ideyasına tərəfdar olduqlarını bildiriblər.

Bu da qeyd olunur ki, iki prezident “iki ölkə arasında qarşılıqlı faydalı ticarət və iqtisadi bağların bərpa edilməsinin mühümlüyünü vurğulayıblar”.

Lakin bununla yanaşı Putinin sözçüsü Dmitri Peskov Interfax agentliyinə deyib ki, Trump və Putin Rusiya üzərinə Krımın qanunsuz ilhaqına və Ukraynanın şərqindəki separatçı hərəkata Moskvanın dəstəyinə görə qoyulmuş ABŞ sanksiyalarının yumşaldılması məsələsini müzakirə etməyiblər.

Lakin Kreml bildirib ki, Putin və Trump Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Kremlin bəyanatında deyilir ki, tərəflər “Ukrayna böhranı”, Yaxın Şərqdəki vəziyyət, strateji stabillik və terrorizm əleyhinə mübarizə də daxil beynəlxalq məsələlərdə “partnyorluğa bənzər əməkdaşlıq” barədə razılaşma əldə ediblər.

Bu da bildirilir ki, iki prezident İranın nüvə proqramı və Koreya yarımadasındakı hadisələri də müzakirə ediblər.

Ağ Evdən Tvitter vasitəsi ilə yayılmış fotodoan görünür ki, Putinlə telefon söhbəti zamanı vise-prezident Mike Pence, ABŞ Milli Təhlükəsizlik müşaviri Michael Flynn, Ağ Ev administrasiyasının rəhbəri Reince Priebus və prezident müşaviri Steve Bannon Trump-ın otağında olublar.

Trump-ın mətbuat katibi Sean Spicer həmçinin bildirib ki, ABŞ prezidenti yanvarın 28-də Almaniya kansleri Angela Merkel-lə 45 dəqiqə çəkən telefon söhbəti edib.

Almaniya və Fransa bundan əvvəl Trump administrasiyasının Rusiyaya qarşı sanksiyaların yumşaldılması mıəsələsini müzakirə etdiyi barədə xəbərlərdən narahatlıq ifadə etmişdilər.

Berlin və Paris bu qənaətdədirlər ki, Moskva, Minsk razılaşmalarına əməl etmədikcə Rusiya üzərindəki Avbropa İttifaqı sanksiyaları qaldırıla bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG