Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Trump Putinlə Ukrayna dənizçilərinin taleyini müzakirə edib


ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin, 28 iyun, 2019, Yaponiya, Osaka
ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin, 28 iyun, 2019, Yaponiya, Osaka

Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukrayna dənizçilərinin taleyi, ABŞ prezidenti Donald Trumpla görüşün əsas müzakirə mövzusu olub.

Onun sözlərinə görə, Trump Yaponiya görüşündə əsas foksu dənizçilərə yönəldib.

Qeyd edək ki, Donald Trumpl-la Vladimir Putin Böyük 20-lər ölkələrinin Yaponiya sammiti çərçivəsində görüşüblər.

RİA Novvostinin iyunun 29-da verdiyi məlumata görə, Putin deyib ki, bu məsələ “işçi qaydada” həll olunacaq.

“Onlar( dənizçilər) əmri yerinə yetirirlər, biz bunun fərqindəyik, amma Rusiya qanununu pozublar", Putin deyib.

Qeyd edək ki, Rusiya sərhədçiləri ötən ilin payızında Ukraynanın 3 gəmisini Kerç hövzəsində zəbt ediblər.Gəmilərdə ümumilikdə 24 nəfərlik heyət üzvü var. Onlar hazırda Rusiyada həbsdədirlər.

BMT-nin dəniz hüquqları üzrə beynəlxalq trubunalının qərarına əsasən Rusiya iyunun 25-dək dənizçiləri azad etməli idi. Amma Moskva bunu yerinə yetirməkdən imtina elədi.

Ukrayna prezidenti Vladimir Zelenski də iyunun 27-də Vladimir Putindən dənizçilərin azad edilməsini istəyib.

“Hamımızın övladı var, uşaqları valideyinlərinə qaytarın”, Zelenski Kiyevdə keçirdiyi brifinqdə dedi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG