Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 18:33

Trump-ın Putinlə sammit keçirmək xəbəri inkar edilir


Donald Trump, 11 yanvar 2017

ABŞ-ın yeni prezidenti Donald Trump-ın yardımçıları onun İslandiyada Rusiya prezidenti Vladimir Putinlə sammit keçirməklə bağlı yayılan xəbəri təkzib edib.

Ağ Evin gələcək mətbuat katibi Sean Spicer yanvarın 14-də bildirib ki, Londonun “Times” qəzetinin bununla bağlı yaydığı məlumat tamamilə saxtadır.

“Times” yazıb ki, sammit İslandiyanın paytaxtında keçirilə bilər. “Bloomberg” də daxil digər mətbu orqanları Trump-Putinin İslandiyada görüşəcəyi ilə bağlı xəbəri “Times”a istinadən yayıblar.

Trump Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG