Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:31

Rusiya Hamburqda Trump-dan gözlədiyini ala biləcəkmi?


Trump və Putinin portreti olan maykaları Rusiyanın suvenir dükanlarında görmək olar
Trump və Putinin portreti olan maykaları Rusiyanın suvenir dükanlarında görmək olar

Suriya, Ukrayna, Şimali Koreya, Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi, Rusiyanın Avropanı parçalamaq cəhdləri, sanksiyalar və əks-sanksiyalar, hakerlik və kiberhücumlar…

AzadlıqRadiosunun təhlilçiləri Mike Eckel və Robert Coalson yazırlar ki, ABŞ və Rusiya prezidentlərinin Hamburqda keçirilən G20 qrupu sammitinin kuluarlarında, iyulun 7-i üçün nəzərdə tutulmuş ilk üzbəüz görüşündə bütün bu məsələlərin müzakirəsinə vaxt qalmaya da bilər.

Onların nəyi müzakirə ediəcəkləri bilinmir. ABŞ-ın milli təhlükəszlik müşaviri general H.R. McMaster iyunun 29-da jurnalistlərə demişdi ki, bu görüşün “spesifik gündəliyi” yoxdur.

Elə həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, tərəflər “dialoqun normallaşdırılması yollarını axtaracaqlar”.

Kremlin sözçüsü Dmitri Peskov isə bunun sadəcə “ayaqüstü söhbət” yox, “tammiqyaslı masaarxası söhbət” olacağını söyləmişdi.

Trump əvvəllər Rusiya ilə daha yaxşı münasibətlər üçün çalışacağını vəd etsə də, Hamburq sammiti Rusiya və ABŞ arasındakı münasibətlərin ən aşağı səviyyədə olduğu vaxta təsadüf edir.

Rusiya Trump-ı Ağ Evə gətirmiş seçkiyə müdaxilə etmədiyini deyir, lakin ABŞ-ın kəşfiyyat rəhbərləri bunun tam əksində israr edirlər.

ABŞ milli kəşfiyyatının keçmiş zabiti və Georgetown Universiteti Avrasiya, Rusiya və Şərqi Avropa Təhqiqatları Mərkəzinin direktoru Angela Stent AzadlıqRadiosuna deyib ki, indi Vaşinqtonla Moskva arasında olan münasibətlər Obama administrasiyasının son günlərində olduğundan da pisdir.

Ekspertin fikrincə Rusiyanın həqiqətdə ABŞ-ın maraqlarına zərbə vurmağa hazır olduğu bir şəraitdə dialoqun bərpası çətin olacaq.

Stent deyir ki, indi Rusiya və ABŞ arasında nəhəng sayda məsələlərdə fikir ixtilafları var.

Məqalədə qeyd olunur ki, təhlilçilər Trump-ın Rusiyanı Ukrayna münaqişəsinə dair öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyinə və ya Putini seçki müdaxiləsi iddialarına görə divara söykəyəcəyinə inanmırlar.

Lakin şərhçilərin fikrincə, eləcə bu görüşün baş tutması Putin üçün böyük əhəmiyyətə malikdir.

Ukrayna döyüşçüsü Avdiyivka cəbhəsində həlak olmuş yoldaşlarının şəkillərinə baxır
Ukrayna döyüşçüsü Avdiyivka cəbhəsində həlak olmuş yoldaşlarının şəkillərinə baxır

Stent AzadlıqRadiosuna deyib ki, Obama-dan fərqli olaraq Trump Putinlə yüksək səviyyədə danışıqlara can atır. Ekspert deyir ki, elə bunun özü Putin üçün müsbət məqamdır.

Bununla belə, Birləşmiş Ştatlarda Trump-ın komandasının Rusiya ilə əlaqələrinin böyük ziddiyyətə səbəb olması hər iki prezidentin əl-qolunu bağlayacaq.

Hazırda bu əlaqələri ABŞ Konqresinin bir neçə komitəsi, FTB və xüsusi prokuror tam ciddilıiyi ilə araşdırır.

Avropa Şurası Xarici Əlaqələr mərkəzindən ekspert Kadri Liik bu görüşün gərgin olacağına şübhə etmir.

Şərhçi bildirir ki, ki, hazırda Qərbdə “yeni Yalta konfransı” kimi sərsəmləmələr dolaşır.

1945-ci ildə keçirilmiş Yalta konfransında Sovet İttifaqı, ABŞ və Britaniya Avropanı öz nüfuz dairələrinə bölmək barədə razılığa gəlmişdilər.

Liik deyir ki, Moskva belə bir şeyin indi real olacağına özü də inanmır. Ekspertin fikrincə, bu görüş olsa-olsa iki liderin şəxsi kontakt məqamı olacaq.

Amerika Xarici Əlaqələr Şurasından (American Foreign Relations Council) Rusiya üzrə ekspert Stephen Blank deyir ki, Rusiya qalmaqalları Trump-ın hərəkətini məhdudlaşdırır.

Onun baş müşaviri Michael Flynn bu qalmaqallarla əlaqədar istefaya getməli olub. Trump-ın təyin etdiyi baş prokuror Jeff Sessions-un özü eyni səbəblərə görə təhqiqat alrındadır.

Michael Flynn
Michael Flynn

Blank AzadlıqRadiosuna deyib ki, “ruslar cidd-cəhdlə Trump-ın strateji dialoqa başlamasını istəyirlər”.

Ekspertin fikrincə, bu dialoq Moskvaya, onun öz düşüncəsinə görə indiyədək əldə etdiyi nailiyyətləri legitimləşdirmək üçün lazımdır. Lakin bu, baş verməyəcək.

Amma Blank-ın qənaətinə görə, Trump hətta bunu etmək istəsə belə bacarmayacaq, çünki Vaşinqtonda istər adminsitrasiyada, istərsə də Konqresdə belə bir dialoqa müxalifət güclüdür.

Elə Rusuiya şərhçiləri də razılaşırlar ki, qalmaqallar Birləşmiş Ştatlarla ikitərfli əlaqələri dondurub.

Valday Klubu qarşılıqlı əlaqələr təşəbbüsünün direktoru Dmitri Suslov “Russia In Global Affairs” məcmuəsində yazır ki, “münasibətlərin yaxşılaşdırılmasına və hətta məhdud əməkdaşlığa doğru hər hansı addım vəziyyəti onsuz da kövrək olan Trump-ın və onun adminsitrasiyasının üzərinə yeni ittihamlar dalğası gətirə bilər”.

Bu dialoq Moskvaya, onun öz düşüncəsinə görə indiyədək əldə etdiyi nailiyyətləri legitimləşdirmək üçün lazımdır. Lakin bu, baş verməyəcək

ABŞ təhlilçisi Blank əlavə edir ki, Trump-ın özü də bu danışıqlarda prezidentliyinin ilk aylarında yol verdiyi “strateji məntiqsizliklər” ucbatından elə də böyük manevrə malik olmayacaq.

Obama administrasiyasının keçmiş rəsmisi, hazırda isə Almaniyadakı Marshall fondunda çalışan Derek Chollet CNN-ə deyib ki, “bu görüş çox böyük bir ehtimalla simvolizmin və sərt adam olmağın mühümlüyünü düşünən iki kişinin reklamı olacaq”.

Şərhçi Liik də razılaşır ki, bu görüş deyilən sözlərdəndaha çox jestləri ilə yadda qalacaq.

Ekspert deyir ki, o bu görüşdə “Trump və Putin arasında şəxsi kontaktın keyfiyyəti barədə fikri onların vücud dili ilə müəyyən edəcək”.

Elə Hamburq görüşünü elan edən McMaster də jurnalistlərə bildirib ki, “bu bizim hər hansı başqa ölkə ilə müzakirələrimizdən fərqli bir şey olmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG