Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:59

Donald Trump Miçiqan və Missisipidə qalib gəlib


Donald Trump
Donald Trump

Demokratların namizəd yarışına liderilik edən Hillary Clinton da Missisipidə uğur qazanıb

Donald Trump respublikaçıların Miçiqan və Missisipi ştatlarında keçirilən praymeri seçkilərində böyük qələbə qazanıb.

Beləliklə o, bir çox vəzifəli partiyadaşlarının narazılığı və müqavimətini dəf edərək ABŞ prezidenti seçkilərində respublikaçıların namizədi olmaq məqsədinə bir az da yaxınlaşıb.

Demokratların namizəd yarışına liderilik edən Hillary Clinton da Missisipidə uğur qazanıb, lakin Miçiqan praymerisində onun, yoxsa Bernie Sandersin udduğu hələlik bilinmir.

ABŞ mediası xəbər verir ki, cənab Trump-ın başqa namizədləri – John Kasich, Ted Cruz və Marko Rubio-nu bir qədər də geridə qoyması, nüfuzlu respublikaçıları onun namizədlik yürüşünü dayandırmaq məqsədilə yenidən səfərbər edib.

“Onların əlindən bu axşam da bir şey gəlmədi – deyib Trump istehza ilə, - Bu axşam bir adam uğur qazanıb, o da Donald Trump-dır”.

Hillary Clinton demokratların yarışında liderlik edir
Hillary Clinton demokratların yarışında liderlik edir

Bundan sonra Trump öz bizneslərini - ət şirkətini, şərabçılıq zavodunu, Trump vodka arağını və hətta Trump Universitetini tərifləməyə başlayıb.

ABŞ mediası xəbər verir ki, Miçiqan uğurundan sonra, martın 15-də Ohayo, Florida, İllinoys, Missuri və Şimali Karolinada keçiriləcək seçkilər Trump-ın taleyini həll edə bilər.

Təhlilçilər deyirlər ki, Trump Florida və Ohayoda qalib gəlsə, Rubio və Kasich yarışdan çıxmalı olacaqlar.

Missisipidə özünü xristian adlandıranların 45 faizi Trump-a səs verib, halbuki adətən dindarların səsini asanlıqla qazanan Ted Cruz burada səslərin yalnız 39 faizinə sahib olub.

Media xəbərlərində deyilir ki, Hillary Clinton-un Missisipidə uğur qazanmasını afroamerikalıların dəstəyi təmin edib.

Exit-pollar onun hər 10 qaradərili seçicidən 9-u tərəfindən dəstəkləndiyini göstərib.

Xanım Clinton indiyədək keçirilmiş səsvermələrdə 21 ştatdan 12-də qalib olub. Trump 22 səsvermədən 14-də uğur qazanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG