Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Trump Poroshenkonun görüşmək təklifini rədd edib


Donald Trump

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trump Ukrayna prezidenti Petro Poroshenkonun görüşmək təklifini rədd edib.

“Foreign Policy” jurnalının məlumatına görə, bu barədə Trumpun qərərgahı məlumat yayıb.

Qeyd edək ki, Petro Poroshenko BMT-nin Baş assambleyasının sesiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

O, bundan əvvəl sesiya çərçivəsində Demokrat partiyasından prezidentliyə digər namizəd Hillary Clintonla görüşüb, Donbasdakı vəziyyəti müzakirə ediblər.

Jurnalın yazdığına görə, Ukrayna prezidentinin ofisi eyni sorğu ilə hər iki namizədə müraciət edib.

Hillary Clintonla görüş bazar ertəsi baş tutub.

Amma Trumpun qərərgahından cavab gəlməyib və məsələni şərh də eləməyiblər.

Trump iş qrafikinə uyğun olaraq, Şimali Karolina ştatına uçub, ordan isə Ohayo ştatına getməlidir.

“Foreign Policy” jurnalının yazdığına görə o həftənin sonunadək Nyu-Yorkda olmayacaq.

XS
SM
MD
LG