Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:09

Trump Pompeo-ya Şimali Koreya səfərini ləğv etmək göstərişi verib


ABŞ prezidenti Donald Trump deyib ki, dövlət katibi Mike Pompeo-ya özünün gələn həftəyə planlaşdırılan Şimali Koreya səfərini ləğv etmək göstərişi verib.

Prezident deyib ki, bu, Koreya yarımadasının nüvəsizləşdirilməsi sahəsində heç bir irəliləyişin olmaması ilə bağlıdır.

Trump avqustun 24-də yazdığı tvitdə habelə Çini tənqid edərək bildirib ki, Pekin Pxenyanın nüvə silahlarının ləğv edilməsi işində kömək etmir:

"Mən dövlət katibi Mike Pompeo-ya demişəm ki, indilik Şimali Koreyaya getməsin, çünki Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində lazımi irəliləyişin olmadığını hiss edirəm. Bundan başqa bizim Çinlə ticarət məsələsində çox sərt mövqeyimizə görə onların bir vaxtlar olduğu qədər Koreya yarımadasının nüvəsizləşdirməsinə kömək edəcəklərinə inanmıram”.

Buna baxmatyaraq Trump yazır ki, Pompeo Şimali Koreyaya “yaxın gələcəkdə” getməlidir və bu, yəqin ki, ABŞ-Çin ticarət münasibətlərindəki fikir fərqləri aradan qalxandan sonra baş verəcək.

O eyni zamanda yazır ki, “Sədr Kim-ə özünün hərarətli ehtiramını və hörmətini bildirmək istəyir”.

Trump Kimlə iyunun 12-də Sinqapurda görüşmüş və bunun ardınca demişdi ki, Pxenyanın nüvə proqramı ilə bağlı böhran “əsas etibarilə həll olunub” və Şimali Koreya artıq nüvə təhlükəsi təşkil etmir.

Lakin o vaxtdan bəri danışıqlar dalana dirənib və ABŞ rəsmiləri Pxenyan tərəfindən heç bir tərəqqi əldə olunmamasından gileylənirlər.

Pompeo avqustun 23-də gələn həftə Şimali Koreyaya gedəcəyini və növbəti mərhələnin “Şimali Koreayanın tam və təsdiqlənmiş nüvəsizləşdirilməsi olacağını” demişdi.

XS
SM
MD
LG