Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Trump deyir ki, ABŞ Polşada daimi qoşun saxlamaq məsələsinə baxır


ABŞ prezidenti Donald Trump deyir ki, onun administrasiyası hazırda Polşada daimi qoşun saxlamaq ricası barədə məsələni nəzərdən keçirir.

Trump bu barədə bəyanatı sentyabın 18-də Ağ Evdə Polşa prezidenti Andrzej Dudanı qəbul etməzdən əvvəl verib.

Trump deyib ki, “biz bu məsələni çox ciddi nəzərdən keçiririk”:

"Polşa Birləşmiş Ştatlara çox böyük töhfə verərək onun öz ərazisində daimi mövcudluğunu istəyir və biz tam bir əminliklə bu məsələni müzakirə edəcəyik”.

Polşa ABŞ qoşunlarının öz ərazisində yerləşdirilməsini dəfələrlə rica edib və hətta belə bir bazanın yaradılması üçün 2 milyard dollar ayıracağını deyib.

Hazırda ABŞ qüvvələri Polşa ərazisində NATO qoşunlarının tərkib hissəsi kimi növbəli xidmət edir.

Polşa bildirir ki, ABŞ-ın onun ərazisində daimi qoşun saxlamasını Rusiyanın regiondakı hərbi fəallığı tələb edir.

Rusiya bu təklifə qarşı çıxır və bildirir ki, NATO-nun onun sərhədlərinə doğru genişlənməsi Avropada stabilliyə təhlükə təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG