Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Dünya liderləri Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyini qey etdilər


Vladimir Putin, Brigitte Macron, Angela Merkel, Donald Trump,Melania Trump, kral Mohammed VI.
Vladimir Putin, Brigitte Macron, Angela Merkel, Donald Trump,Melania Trump, kral Mohammed VI.

Fransanın paytaxtı Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi qey edilir.

Fransa prezidenti Emmanuel Macron, ABŞ prezidenti Donald Trump, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla mərasimdə 70-ə yaxın ölkənin dövlət başçısı iştirak edir.

Onlar Triumfal arkasında naməlum əsgərin abidəsini ziyarət ediblər.

Həmçin elə bu gün-noyabrın 11-də Fransa prezidenti Emmanuel Macron ilk Paris sülh formunu keçirəcək.

Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi qeyd edilir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

ABŞ prezidenti Donald Trump-ın bu formda iştirakı gözlənmir.

Amma Rusiya prezidenti Vladimir Putin iştirak edəcək.

Donald Trump bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli sammiti olmayacaq.

Ağ ev bildirib ki, Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi münasibətilə Parisdə keçirilən tədbirə kölgə salmaq istəmir.

Məlumata görə, liderlər Böyük 20-lər ölkələrinin ayın sonlarında Argentinada keçiriləcək sammiti çərçivəsində görüşə bilərlər.

Xatırlatma

1918-ci il noyabrın 11-də bitən 4 illik müharibə nəticəsində azı 10 milyon əsgər və milyonlarla mülki sakin həlak olub.

Razılaşmaya əsasən atəş 1918-ci ilin 11-ci ayının 11-i saat 11-də dayandırılıb.

Müharibəyə səbəbsə Avstriya-macar taxtının varisi Frants Ferdiandın 2014-cü il iyunun 28-də Sarayevada serb terrorçusu tərəfindən atəşlə öldürülməsi olub.

Bundan sonra böyük güclərin qarşılıqlı müqavilələri və öhtəliklərindən ibarət sistem işə salınıb.

Nəticədə Rusiya, Fransa və Böyük Britaniya Serbiyanın, Almaniya ilə Osmanlı imperiyası isə Avstriya-macarıstan imperiyasının tərəfindən savaşa girib.

Bundan sonra müharibəyə Uriqvay, Yaponiya və ABŞ-da qoşulub və bu dünya savaşına çevirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG