Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Trump:Yaxın 2 gündə Kaşıkçının qətli ilə bağlı yekun qərar açıqlanacaq


Donald Trump
Donald Trump

ABŞ yaxın 2 gündə jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) qətlində əli olanlarla bağlı yekun qərar açıqlanacaq.

AP-in ​məlumatına görə,bunu ABŞ prezidenti Donald Trump noyabrın 17-də Malubuda jurnalistlərlə deyib.

ABŞ Dövlət departamentinin sözçüsü Heather Nauert bu ərəfədə demişdi ki, ABŞ bütün gübahkarları məsuliyyətə cəlb etmək üçün işlə bağlı materialları araşdırır və bu məsələdə digər ölkələrlə də əməkdaşlıq edir.

Amma Nauret qeyd edib ki, ABŞ eyni zamanda Səudiyyə Ərəbistanı ilə vacib strateji münasibətlərini qoruyub saxlayır.

ABŞ kəşfiyyatının rəsmiləri hesab edirlər ki, jurnalist Camal Kaşıkçı ötən ay Türkiyədə Səudiyyə kralının varisi, şahzadə Muhammad bin Salmanın göstərişi ilə öldürülüb.

Bu barədə noyabrın 17-də “Washington Post” ,AP və Reuters də daxil olmaqla digər kütləvi informasiya vasitələri (KİV) məlumat yayıblar

“Washington Post” bu məsələ ilə tanış olan şəxslərə istinadla yazıb ki, ABŞ xüsusi xidmətinin bu qənaəti, şahzadə Muhammad bin Salmanın qardaşı-bu ölkənin ABŞ-dakı səfiriKhaled bin Salmanla Kaşıkçı arasındakı telefon söhbətinə əsaslanır.

Amma səfir noyabrın 17-də özünün “Tvitter” səhifəsində belə bir söhbət olmadığını yazıb.

ABŞ administrasiyası bu məsələyə görəartıqötən həftə 17 Səudiyyə rəsmisinə qarşı sanksiya tətbiq edib.

Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.”Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

O, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş.

Onun səfirlikdə öldürülməsini sonradan Səudiyyə hökuməti də təsdiqlədi.

Faktla bağlı 18 nəfərin saxlandığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG