Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:52

ABŞ mediası: Xüsusi prokuror Rusiya təhqiqatı ilə bağlı Böyük münsiflər heyəti yaradıb


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

ABŞ mediasında yayılan xəbərlərə görə xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı il ABŞ seçksinə müdaxiləsinə dair iddiaların araşdırılması üçün böyük münsiflər məhkəməsinin heyətini tərtib edib.

The Wall Street Journal qəzeti adları çəkilməyən iki nəfərə istinadən bildirib böyük münsiflər işə “bu həftələrdə” başlayıb.

Qəzet yazır ki, bu, Rusiyanın seçkiyə müdaxiləsinə və Trump-ın kampaniyası ilə mümkün sövdələşməsinə dair Mueller-in apardığı təhqiqatın ciddi və dərin xarakter aldığını göstərir.

Reuters müxtəlif mənbələrə istinadən yazır ki, böyük münsiflər 2016-cı ildə Trump-ın böyük oğlu ilə rusiyalı vəkilin görüşü ilə əlaqədar dindirmələrə çağırışlar göndərib.

CNN xəbər verir ki, araşdırmanın başlıca diqqəti maliyyə cinayətlərinə yönəlib.

Böyük münsiflər heyəti cinayət ittihamlarının irəli sürülməsi üçün kifayət qədər əsasın olub-olmadığını araşdırmaq üçün yaradılır və məxfi fəaliyyət göstərir.

Ekspertlər deyirlər ki, belə bir heyətin yaradılması o demək deyildir ki, cinayət ittihamlarının irəli sürüləcəyi gözlənilir və ya belə ittihamlar irəli sürüləcək.

The Wall Street Journal prezident Trump-ın xüsusi müşaviri Ty Cobb-a istinadən bildirir ki, o Mueller-in yeni münsiflər heyətindən istifadə etməyə başladığından xəbərsizdir.

Cobb deyib ki, “böyük münsiflər məxfi məsələdir və Ağ Ev təhqiqatı sürətləndirəcək bütün addımları bəyənir”.

Xüsusi müşavir bunu da bildirib ki, Ağ Ev təhqiqatla əməkdaşlıq etməyə hazırdır.

The Wall Street Journal yazır ki, Mueller-in sözçüsü Joshua Stueve bu barədə şərh verməkdən imtina edib.

Mueller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə və Trump-ın seçki kampaniyası və ya keçid komandası ilə mümkün əlaqələrinə dair araşdırmanı aparmaq üçün Ədliyyə Nazirliyi tərəfindən xüsusi prokuror vəzifəsinə təyin edilib.

Rusiyanın seçkiyə müdaxiləsinə dair iddiaları həm də Konqres komitələri aparır.

Trump Rusiya ilə hər hansı sövdələşməni inkar edir.

Moskva da ABŞ seçkisinə müdaxilə etdiyinə dair iddiaları rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG