Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:45

Trump xüsusi prokurorun suallarına cavab yazdığını deyir


Xüsusi prokuror Robert Mueller (solda) və ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump deyib ki, o, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdrıan xüsusi prokuror Robert Mueller-in sualalrına yazılı cavablarını başa çatdırıb.

Trump noyabrın 16-da Vaşinqtonda jurnalistlərə deyib ki, suallara “çox asanlıqla” cavab verib.

"Suallara işarası cavab yazmışam. Bu işi görmək üçün vəkillərə ehtiyacım yoxdur. Vəkillər yalnız bəzi suallara cavab verəndə baxmalıdırlar. Suallar çətin deyildi. Mənim vəkillərim cavab yazmırlar. Cavabları mən yazıram”.

Trump cavabları Mueller-ə təqdim edəcəyi barədə bir söz deməyib.

O Mueller-in təhqiqatı haqqında əvvəl dediklərini təkrar edib və araşdırmanı “rüsvayçılıq” adlandrııb.

Trump bildirib ki, onun kampaniyası ilə prezident Vladimir Putinin Rusiya hökumətinin agentləri arasında “heç bir sövdələşmə” olmayıb.

Mueller indiyədək Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn və Trump-ın kampaniya başçısı Paul Manafort-un təqsirlərini etiraf etmələrinə nail olub.

XS
SM
MD
LG