Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:15

Trump Rusiya təhqiqatının ictimaiyyətə açıqlanmasına çağırıb


ABŞ prezidenti Donald Trump Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatının yekun hesabatının ictimaiyyətə açıqlanmasına çağırıb.

Martın 20-də müxbirlərlə söhbəti zamanı Trump adəti üzrə iki ildir ki, davam edən təhqiqatı tənqid edib və belə bir araşdırmanın mövcudluğunu “utancverici” adlandırıb:

"Qoy açıqlasın. Qoy xalq görsün. Qoy bunun qanuni olub-olmadığını görsünlər”.

Trump-ın bu bəyanatlarından az əvvəl Mueller təhqiqatının sona yaxınlaşdığına dair xəbərlər yayılırdı. Mueller həm də Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə mümkün bağlarını araşdırır.

Mueller-dən məxfi hesabatın tərtib edilərək Ədliyyə Nazirliyinin başçısına – yəni baş prokuror William Barr-a təqdim olunması tələb edilir. Xəbərlərə görə hesabat hər an təqdim oluna bilər.

Bundan sonra Barr Konqres üçün öz hesabatını hazırlayacaq. Barr deyib ki, o Mueller təhqiqatının qanunun icazə verdiyi dərəcədə açıqlanmasını istəyir.

Trump dəfələrlə Mueller-in təhqiqatına qarşı çıxıb:

"Mən elə indicə bu ölkənin tarixində ən böyük seçkilərdən birində qalib gəlmişəm...Amma heç kim tərəfindən seçilməmiş birisi mənim haqqımda hesabat hazırlayır. Bunun adı Mueller hesabatıdır. Odur ki, izah edin, çünki mənim seçicilərim bunu başa düşmürlər. Mən də bunu başa düşmürəm”.

Mueller-in hesabatının açıqlanmasının gözlənildiyi əsnada Nümayəndələr Palatasındakı demokratlar da Trump-a dair araşdırmalarını intensivləşdiriblər.

Ötən həftə Konqres Mueller təhqiqatının yekun hesabatının ictimaiyyətə açıqlanmasını tələb edən, lakin icbari qüvvəsi olmayan qətnaməni yekdilliklə qəbul edib.

Konqresdə iki partiyanın olması nəzərə alınarsa, hər hansı sənədin yekdilliklə qəbul edilməsi nadir hadisədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG