Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

Trump-ın yeni müdafiə naziri keçmiş demokrat senator ola bilər?


Jim Webb
Jim Webb

The New York Times qəzeti yazır ki, prezident Donald Trump keçmiş demokrat senator Jim Webb-i müdafiə naziri təyin etmək məsələsini nəzərdən keçirir.

Yanvarın 3-də naməlum rəsmiyə istinadən dərc olunmuş xəbərdə deyilir ki, Ağ Ev rəsmiləri belə bir ehtimal edilən təkliflə artıq cənab Webb-ə müraciət ediblər.

Boeing şirkətinin keçmiş rəhbəri Patrick Shanahan hazırda müdafiə nazirinin əvəzi kimi fəaliyyət göstərir.

Keçmiş müdafiə naziri Jim Mattis vəzifəsini ötən ilin sonlarında Trump-ın siyasətlərinə etiraz olaraq tərk edib.

Keçmiş demokrat senator Webb prezident Ronald Reagan-ın hökumətində hərbi donanma naziri vəzifəsində çalışıb.

72 yaşlı Webb Vyetnam müharibəsinin orden-medallı veteranıdır. O indiyədək 10 kitab yazıb və jurnalist və rejissor kimi Emmy mükafatına layiq görülüb.

The Times xəbər verir ki, müdafiə naziri vəzifəsinə habelə respublikaçı senatorlar Tom Cotton və Lindsey Graham, həmçinin keçmiş respublikaçı senator Jim Talent-in namizədliyi nəzərdən keçirilir.

Ağ Ev qəzetdə dərc olunmuş bu xəbərə münasibət bildirməyib və qəzetin yazdığına görə Webb bu məlumatla bağlı şərh verməkdən imtina edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG