Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Trump ABŞ-ın Rusiyadakı növbəti səfirinin adını çəkir


John Sullivan
John Sullivan

ABŞ prezidenti Donald Trump deyib ki, dövlət katibinin müavini John Sullivan Vaşinqtonun Moskvadakı yeni elçisi ola bilər.

O bu vəzidfədə istefasını bu ay elan etmiş səfir John Huntsman-ı əvəz etməlidir.

Trump bu bəyanatı avqustun 20-də Ağ Evə Rumıniya prezidenti Klaus Iohannisin gəlişi zamanı verib.

Bundan əvvəl The New York Times Trump-ın Rusiyada səfir vəzifəsinə Sullivanın namizədliyini verəcəyinin gözlənildiyini yazmışdı.

Huntsman avqustun 8-də yazdığı istefa məktubunda bildirmişdi ki, o Moskvadakı diplomatik vəzifəsini oktyabrın 3-də başa vuracaq.

Onun iki illik səfirliyi dövrü ABŞ-ın Rusiyaya qarşı çoxsaylı sanksiyalarının elan edilməsi və hətta Rusiya diplomatlarının ABŞ-dan qovulması ilə yadda qalıb.

Bəzi xəbərlərə görə vaxtilə Yuta ştatının qubernatoru olmuş Huntsman köhnə postunu əldə etmək üçün bu ştatda keçiriləcək qubernator seçkisinə qatılacaq.

Bundan əvvəl, avqustun 20-də The New York Times bir sıra keçmiş hökumət rəsmilərinin Sullivanın nominasiyasından təəəcübləndiklərini yazmışdı.

Ekspertlər onun diplomtik təcrübəsinin az olduğunu deyirlər.

Clinton administrasiyasının Moskvadakı səfiri olmuş Stephen Sestanovich deyib ki, Sullivan “Vaşinqtonun siyasi prosesində böyük oyunçu kimi tanınmır”.

O əlavə edib ki, Sullivan həm də Rusiya üzrə ekspert kimi də təcrübəsizdir.

Sullivan 2017-ci ildə Trump administrasiyasına qoşulmazdan əvvəl vəkil kimi fəaliyyət göstərib.

O prezident George H.W. Bush-un administrasiyasında Ədliyyə Nazirliyinin rəsmisi kimi fəaliyyət göstərib və George W. Bush-un dövründə Müdafiə və Ticarət nazirliklərində işləyib.

Trump avqustun 20-də habelə özünün Rusiyanın G7 qrupuna qaytarılmalı olduğuna dair bəyanatını təkrar edib.

Rusiya hazırda Kanada, ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya və Britaniyanın üzv olduğu G8 qrupundan 2014-cü ildə, Krımı ilhaq etdiyinə görə xaric edilib.

Trump deyib ki, “Rusiya qaytarılsa yaxşı olar, çünki burada müzakirə olunan bir çox məsələlər Rusiya ilə bağlıdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG