Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:09

Trump 4 iyul - Müstəqillik Günündə ‘misli görünməmiş şou’ vəd edir


ABŞ prezidenti Donald Trump iyulun 4-də keçiriləcək Müstəqillik Günündə Vaşinqtonda “misli görünməmiş şou” vəd edib.

O adətən partiyasız gün kimi qeyd edilən bu bayramda rəsmi nitq söyləməklə illərlə davam edən ənənəni pozmaq niyyətindədir.

Tədbir ərəfəsində Vaşinqton küçələri boyunca döyüş tanklarının daşındığı müşahidə edilib.

Trump 2017-ci ilin yanvarından bəri ABŞ paytaxtında hərbi paradın keçirilməsi ideyasını təbliğ edirdi.

Müxalifət siyasətçiləri prezidenti adətən çalıb-oynamaq, yeyib-içmək və atəşfəşanlıqla qeyd olunan bayramı siyasiləşdirməkdə ittiham ediblər.

1776-cı ildə Müstəqillik Bəyannaməsinin imzalanması günü kimi qeyd edilən 4 iyul hər il bütün Amerika boyunca piknik və atəşfəşanlıqla bayram edilir.

Trump habelə Lincoln xatirə kompleksində nitq etməyi planlaşdırır.

Ödənişli biletlərlə keçirilən bu tədbirə respublikaçı donorların, administrasiya və kampaniya rəmilərinin qatılacağı gözlənilir.

Bundan əvvəl 4 iyul günündə rəsmi nitqi 70 il əvvəl prezident Harry Truman edib.

O vaxt Müstəqillik Bəyannaməsinin 175-ci ildönümü qeyd olunurdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG