Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 03:03

Özbəkistan prezidenti Trump-la görüşünü ‘tarixi’ adlandırıb


ABŞ prezidenti Donald Trump mayın 16-da Ağ Evdə Özbəkistan prezidenti Shavkat Mirziyoevlə danışıqlar aparıb.

Bu 2002-ci ildən bəri Özbəkistan liderinin Birləşmiş Ştatlara ilk səfəri olub.

Ağ Evdə danışıqlardan əvvəl Trump Özbəkistan prezidentini “öz ölkəsində və bütün dünyada yüksək hörmətə layiq şəxs” kimi təqdim edib.

Trump jurnalistlərə deyib ki, iki ölkə arasında həm ticarət, həm də hərbi sahədə sıx əməkdaşlıq mövcuddur.

ABŞ prezidenti bildirib ki, Özbəkistan Birləşmiş Ştatlardan silah və hərbi avadanlıq alıb.

Buna baxmayaraq Donald Trump Özbəkistanda insan haqları ilə bağlı vəziyyətə toxunmayıb.

Mirziyoev Trump-la görüşünü tarixi adlandırıb və deyib ki, bu görüş iki ölkə arasında “strateji tərəfdaşlığın yeni erası” olacaq.

Özbəkistan prezidenti bunu da deyib ki, Daşkənd indiyədək Amerika şirkətləri ilə 5 milyard dollarlıq sazişlər imzalayıb.

Mirziyoev söhbət zamanı Trump-ı ABŞ-ın son vaxtlarda əldə etdiyi iqtisadi uğurlar münasibətilə təbrik edib.

Mirziyoev deyib: “Bu sizin Amerika xalqının rifahi naminə şəxsi işinizin nəticəsidir”.

Onun bu bəyanatına Trump “sizinlə 100 faiz razıyam” əlavəsini edib.

60 yaşlı Mirziyoev prezident olandan bəri öz ölkəsindəki insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra islahatlara başlayıb. Özbəkistanda bir çox siyasi məhbuslar azad edilib, siyasi mühacirlərin ölkəyə gəlişi asanlaşdırılıb.

Buna baxmayaraq Ağ Ev rəsmiləri və ABŞ təhlilçiləri Özbəkistanda baş verən dəyişiklikləri “ehtiyatla alqışladıqlarını” bildirirlər.

XS
SM
MD
LG