Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:48

Trump-ın ümidi


D.Trump
D.Trump

Birləşmiş Ştatlarda apellyasiya məhkəməsinin hakimləri prezident Donald Trump-ın səyahət qadağasıyla bağlı sərt suallar qoyublar. Bu qadağa altı müsəlman ölkəsindən olanlara tətbiq olunacaqdı, ancaq məhkəmələr onun icrasını ertələdilər.

Mayın 8-də məsələyə baxan 13 hakimdən 6-sı sərəncamın əsas məqsədinin milli təhlükəsizlik olmasına şübhəylə yanaşıblar. Həmin hakimlərin hamısını Demokratlar Partiyasından seçilmiş prezidentlər təyin edib.

Trump-ın martda verdiyi sərəncam İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən bütün qaçqınlara və vətəndaşlara yeni vizaların verilməsinə müvəqqəti qadağa qoyurdu.

ANTİMÜSƏLMAN QADAĞASI?

Virciniya ştatının Riçmond şəhərindəki ABŞ Dairə Apellyasiya məhkəməsinin Respublikaçıların təyin etdiyi 3 hakimi Trump-ın qadağasına rəğbət sərgiləmiş kimi görünüb.

Hakimlərin verdiyi suallar onların Trump-ın keçmiş bəyanatlarını da nəzərə ala biləcəyini göstərib. O, seçki kampaniyası zamanı deyirdi ki, müsəlmanların Birləşmiş Ştatlara girişini tam yasaqlayacaq. Səyahət qadağasının konstitusion olub-olmamasıyla bağlı veriləcək qərarda bu bəyanatlar da nəzərə alına bilər.

Amma administrasiya israr edir ki, bu bəyanatlara fikir verilməməlidir. Ədliyyə nazirinin müavini vəzifələrini icra edən Jeffrey Wall deyib ki, bu, «müsəlman qadağası» deyil. Wall-un sözlərinə görə, hakimlər ancaq sərəncamın dilinə baxmalıdırlar ki, bu sənəd də neytraldır, hər hansı spesifik dinin adı çəkilmir.

Lakin hakimlərdən bəziləri Trump-ın seçki kampaniyasında səsləndirdiyi ritorikanı gözardı etməyə şübhəylə yanaşıblar. Elə aşağı instansiya məhkəmələri də martda sərəncamın qüvvəyə minməsini əngəlləyəndə bunu əsas gətirmişdilər.

Trumpa ikinci zərbə
Gözlə
Embed

No media source currently available

0:00 0:01:26 0:00

HAKİMLƏR SUAL EDİR

«Burada çox aydın şəkildə deyilən fikri nəzərə almamalıyıq?», - hakim James A.Wynn Jr. sual edib. Bu hakim keçmiş prezident Barack Obama tərəfindən təyin olunub.

Vaxtilə demokratlardan prezident Bill Clinton-un təyin etdiyi hakim Robert King vurğulayıb ki, Trump heç vaxt müsəlmanlara qadağa qoymaq vədindən əl çəkməyib. «O, heç vaxt müsəlman qadağası barədə dediyini təkzib etməyib», – King söyləyib.

«The Associated Press» agentliyinin yazdığına görə, Riçmond apellyasiya məhkəməsində dinləmələr keçirilən vaxt onlarla nümayişçi məhkəmə binasının qarşısını toplaşıb. Onlar Trump administrasiyasının qadağasına qarşı müsəlman icmasının yanında olduqlarını göstərmək istəyiblər.

San-Fransiskodakı 9-cu Dairə Apellyasiya Məhkəməsi səyahət qadağasıyla bağlı mayın 15-də dinləmə keçirəcək. Bu məhkəmə 9 qərb ştatındakı federal məhkəmələrdən gələn şikayətləri nəzərdən keçirir.

90 GÜNLÜK QADAĞA

Prezident Donald Trump federal apellyasiya məhkəməsinin onun 6 ölkəyə qarşı qadağasını qüvvədə saxlayacağına ümid edir.

Trump-ın martın 6-da verdiyi fərmanla İran, Liviya, Somali, Sudan və Yəməndən gələnlərin ABŞ-a girməsinə 90 günlük, qaçqınlara isə 120 günlük yasaq qoyulurdu.

Fərmanın yanvarın sonunda çıxarılmış ilkin versiyası etirazlar doğurmuş və Sietl məhkəməsi onu bloklamışdı. ABŞ-dakı digər məhkəmələr bu qadağayla bağlı fərqli qərarlar çıxarıblar. Bu ayın əvvəlində Merilenddə hakim qadağanın bir hissəsini dayandıran qərar çıxarıb.

Qadağanın yenilənmiş variantına görə, 27 yanvar fərmanındakı altı ölkənin – İran, Liviya, Suriya, Somali, Sudan və Yəmənin vətəndaşları bir daha 90 günlük səyahət qadağasına məruz qalacaqlar.

İraq bu siyahıdan çıxarılıb, çünki hökuməti viza üçün müraciət edənlərin təhlükəsizlik qaydalarına uyğun yoxlanmasını, informasiyanın paylaşdırılmasını gücləndirib.

XS
SM
MD
LG