Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:15

Trump ABŞ-ın rəqib və müttəfiqlərini qəzəbləndirən tədbiri elan etdi


ABŞ prezidenti Donald Trump-ın polad və alüminium idxalına rüsum qoyulacağına dair bəyanatı dünya boyunca ABŞ-ın rəqib və müttəfiqlərinin güclü etirazlarına səbəb olub.

Trump martın 1-də elan edib ki, o, gələn həftə “qeyri-müəyyən müddətdə” idxal olunan polada 25, alüminiuma isə 10 faizlik rüsum qoyulması tədbirinin tətbiqi barədə fərman imzalayacaq.

Trump Ağ Evdə metallurgiya sənayesinin rəhbərləri ilə görüşündə deyib ki, “siz çox uzun müddətdə ilk dəfə olaraq himayə olunacaqsınız”.

Xüsusilə də Çindən gələn xarici məhsullar metal qiymətlərini uculaşdıraraq ABŞ istehsalçılarının mənfəətini azaldıb.

Bu tədbir Trump-ın beynəlxalq ticarəti Birləşmiş Ştatlar üçün daha sərfəli edəcəyi barədə vədinə tam uyğundur.

O bildirib ki, özünün “Əvvəlcə Amerika” prinsipi ilə bir çox qlobal ticarət sazişlərini ləğv edəcək və ya yeni sazişlər üçün danışıqlara başlayacaq.

Bu hadisə ilə bağlı Çindən hələlik reaksiya olmayıb.

Lakin Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, Avropa İttifaqı “bu addımla bağlı güclü təəssüf hissi keçirir”. O bidlirib ki, Avropa İttifaqı “öz maraqlarını müdafiə etmək üçün bu addıma güclü və adekvat reaksiya verəcək”.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, Dünya Ticarət Təşkilatına anti-Amerika tədbirlərinin təklifini verəcək
Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, Dünya Ticarət Təşkilatına anti-Amerika tədbirlərinin təklifini verəcək

Juncker deyib ki, Komissiya qarşıdan gələn bir neçə gündə Dünya Ticarət Təşkilatlına (DTT) situasiyanın tarazlığını bərpa etmək məqsədilə ABŞ-a qarşı əks-tədbirlər təklifi verəcək.

Juncker bunu da deyib ki, rüsumların qoyulması DTT-nin qaydalarına görə qanunsuzdur.

Hətta ABŞ-ın ən yaxın qonşusu və müttəfiqi və onun ən böyük metal və alüminium təchizatçısı Kanada Trump-ın addımı ilə bağlı qəzəbini ifadə edib.

Kanadanın ticarət naziri Francois-Philippe Champagne parlamentə deyib ki, “bizim Kanada polad və alüminium sənayemizə hər hansı rüsum və kvotaların qoyulması qeyri-məqbuldur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG