Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Trump “rüsvayçı” məhkəmə qərarına qalib gələcəyini deyir


Federal apellyasiya məhkəməsi onun müvəqqəti səfər qadağanının qüvvəsini bərpa etməkdən imtina etdikdən sonra Donald Trump deyib ki, Birləşmiş Ştatları müdafiə etmək üçün “çevik” hərəkətə keçəcək.

"Biz ölkəmizin asayişini təmin etmək üçün işlər görəcəyik” – deyib Trump fevralın 10-da ABŞ-da səfərdə olan Yaponiya baş naziri Şinzo Abe ilə keçirdiyi mətbuat konfransında.

"Bu çox çevik olacaq. Biz xaqımıza xətər gətirmək istəyən adamları ölkəmizə buraxmayacağıq” – deyib Donald Trump.

O Birləşmiş Ştatlara səfərlərə necə nəzarət ediləcəyinə dair hər hansı planlı addımlardan danışmayıb.

Trump-ın 27 yanvar tarixli sərəncamı, əhalisi əksərən müsəlman olan 7 ölkənin vətəndaşlarının ABŞ-a gəlişini 90 gün müddətində, bütün qaçqınların qəbulunu isə 120 gün müddətində qadağan edir. Bu sərəncamla Suriyadan olan qaçqınların qəbulu prosesi də dayandırılmalı idi.

Bu sərəncam fevralın 3-dən federal hakimlərdən biri tərəfindən müvəqqəti olaraq dayandırılıb.

Hökumət qadağanın qüvvəsinin bərpası məqsədilə həmin federal hakim qərarından apellyasiya şikayəti verdikdən sonra ABŞ Apellyasiya Məhkəməsi fevralın 9-da qadağanı bərpa etməkdən imtina edib.

Trump apellyasiya məhkəməsinin qərarını “rüsvayçı” adlandırıb və əmin olduğunu bildirib ki, o bu hüquqi çəkişmənin son nəticəsində qalib gələcək.

Ağ Evin adının çəkilməsini istəməyən rəsmisi Associated Press agentlyinə deyib ki, administrasiya ABŞ Ali Məhkəməsinə üz tutmaqdansa, çox güman əvvəlcə bu qadağanın zəruriliyini dairə məhkəməsində isbata çalışacaq.

"Məhkəmədə görüşərik. Söhbət ölkəmizin təhlükəsizliyindən gedir” – yazıb Trump Tvitterdə.

O daha sonra bildirib ki, son nəticə olaraq bu məsələdə qalib gələcəyinə şübhə etmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG