Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Trump malyariya dərmanı qəbul etdiyini deyir


ABŞ prezidenti Donald Trump deyib ki, o koronavirusa yoluxacağı təqdirdə onun mümkün simptomlarını azaltmaq üçün malyariya dərmanı qəbul edir.

Bu dərmanın COVID-19 xəstəliyinin müalicəsində səmərəli olduğuna dair elmi sübutlar yoxdur.

Trump mayın 18-də deyib ki, o son bir həftə ərzində gündəlik qaydada hidroksixloroxin və sink həbləri qəbul edir.

Prezident deyib ki, o bu preparatların yad fəsadlarını hiss etməyib.

Trump bundan əvvəl COVID-19-a qarşı fəal şəkildə azitromitsin preparatını təbliğ edirdi.

Bu dərmanın da koronavirusa qarşı səmərəli olduğuna dair elmin sübutlar yoxdur.

Bundan başqa ABŞ Qida və Dərman İdarəsi yoxlanmamış preparatların qəbul edilməməsinə çağırıb.

Bu yaxınlarda Nyu Yorkda 1400 pasientin iştirakilə aparılmış araşdırma hidroksixloroxin preparatının COVID-19-a qarşı effektiv olmadğımı göstərib.

Mayın 18-də ABŞ prezidenti Dünya Səhiyyə Təşkilatını (DST) “Çinin oyuncağı” adlandırıb.

Bundan bir neçə saat əvvəl rəsmi Vaşinqton DST-ni COVID-19 epidemiyasını “nəzarətdən buraxmaqla çox sayda insan həyatının itirilməsinə” səbəb olmaqda ittiham etmişdi.

ABŞ səhiyyə naziri Alex Azar bildirib ki, DST dünyanın ehtiyacı olan informasiyanı vaxtında çatdırmayıb.

Bundan əvvəl DST-nin baş katibi Tedros Adhanom Ghebreyesus təşkilatın pandemiya ilə bağlı fəaliyyətinin araşdırılmasına razılıq vermişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG