Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:52

Trump və Macron müharibədən sonrakı İraq və Suriyada əməkdaşlıq qərarına gəldilər


Fransa prezidenti Emmanuel Macron (solda) və ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump deyir ki, Vaşinqton müharibədən sonrakı İraq və Suriyaya dair plan üzərində Fransa ilə birlikdə işləyəcək.

İyulun 13-də Parisdə keçirilən mətbuat konransında Trump bəyan edib ki, o Suriyada münaqişə bitdikdən sonra ABŞ və Fransanın burada əməkdaşlıq etməsi barədə Macron-la razılığa gəlib.

Trump deyib ki, Vaşiqnton və Paris “bəşəriyyətin düşməni” olan İslam Dövləti cihadçılarına qarşı birlikdə mübarizə aparacaq, onları maliyyədən, şəbəkədən və ideoloji dəstəkdən məhrum edəcəklər.

Macron deyib ki, iki tərəf müharibədən sonrakı İraq və Suriya üçün yol xəritələri üzərində birlikdə işləmək razılığına gəlib.

Bu mətbuat konfransında Trump-ın ABŞ-ı Paris İqlim Razılaşmasından çıxarmasına dair də sual verilib.

Trump vəd edib ki, bu məsələni Macronla şam yeməyi zamanı müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG