Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Trump Gürcüstanın baş naziri Kvirikashvilini qəbul edib


Giorgi Kvirikashvili və Donald Trump

ABŞ prezidenti Donald Trump Ağ evdə Gürcüstanın baş naziri Georgi Kvirikashvilini qəbul edib.

ABŞ administrasiyasının mətbuat xidməti görüşün fotolarını yayıb.

Həmçinin vitse-prezident Pence bazar ertəsi Kvirikashvilini qəbul edib.

Hər iki lider 25 illik ABŞ-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərini təsdiqləyib və Gürcüstanın qlobal təhlükəsizlik sahəsində tövhəsinin vacibliyini qeyd ediblər.

Mike Pence
Mike Pence

Vitse-prezident xüsusilə Əfqanıstandakı NATO missiyası çərçivəsində verdiyi itkilərə görə Gürcüstana təşəkkür bildirib.

O, həmçinin ABŞ hökumətinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sadiq qaldığını bildirib.

Pence Kvirikashvilinin ölkədə apardığı siyasi və iqtisadi islahatları yüksək qiymətləndirib və ABŞ-ın bu ölkənin NATO-da daxil olmaqla Avroatlantik institutlarına inteqrasiya etməsinə dəstək göstərməkdə davam edəcəyini bildirib.

Ağ evin məlumatına görə liderlər iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmləndiriləcəyini vəd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG