ABŞ prezidenti Donald Trump öz təbiri ilə deyilsə, “Amerikanın kosmik fəzadakı dominantlığını” təmin etmək məqsədilə ABŞ Silahlı Qüvvələrinin yeni növünün yaradılması barədə fərman imzalayıb.
Trump bu təşəbbüs barədə məlumatı iyunun 18-də Ağ Evdə ABŞ-ın keçmiş astronavtlarının və ABŞ aerofəza şirkətləri nümayəndələrinin iştirak etdikləri görüşdə verib.
O deyib ki, ABŞ-ın kosmosdakı siyasəti milli təhlükəsizlik məsələsidir. Trump əlavə edib ki, “Çin, Rusiya və başqa ölkələr bizdən irəlidədir”.
Donald Trump bildirib ki, “söhbət Amerikanın müdafiəsindən gedərkən Amerikanın yalnız kosmosda olması kafi deyil”.
Onun sözlərinə görə Amerika kosmik fəzada hegemon olmalıdır.
Buna baxmayaraq yeni qüvvələrin yaradılması vaxtı, xərcləri və tərkibi barədə heç bir təfərrüat verilməyib.
Bu da xəbər verilir ki, Konqres yeni hərbi qüvvələr növünün yaradılması barədə qanunun qəbuluna hazırlaşır.