Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:42

Trump Pxenyana deyib ki, “silah doludur və ayaqdadır”


İki ölkə arasında hərbə-zorba rutorikasının yüksəlişdə olduğu əsnada prezident Donald Trump Şimali Koreyaya qarşı hərbi variantdan danışarkən deyib ki, tüfəng “doldurulub və ayaqdadır”.

O avqustun 11-də yazdığı tvitdə bildirib ki, indi hərbi həll yolu masa üstündədir, “Şimali Koreya ağıllı hərəkət etməsə”, tüfəng “doldurulub və ayaqdadır".

“Ümid edirəm ki, Kim Jong Un başqa yol tapa biləcək” – yazıb Trump.

“Doldurulub və ayaqdadır” (locked and loaded) ifadəsi silahın güllə ilə dolu olması və tətiyin çəkilməsi ilə hər an atmağa hazır olması deməkdir.

Bu tvitdən bir gün əvvəl Trump jurnalistlərə demişdi ki, ola bilsin, onun “Şimali Koreyanın atəş və hiddətlə qarşılaşacağı” barədə hədəsi “kifayət qədər sərt” olmayıb.

Bunun ardınca Şimali Koreya bildirmişdi ki, Sakit Okeanda ABŞ-ın ərazisi olan Quam adasına raket zərbəsi endirməyə hazırdır.

Pxenyan bəyan etmişdi ki, Quam adasına ortamənzilli raket atılması planı ayın ortalarında yekunlaşdırılacaq.

Diplomatiya sürət götürür

Trump avqustun 10-da demişdi: “Görək o Quama nə edəcək. Əgər o Quama nəsə etsə, Şimali Koreyaya elə bir şey olacaq ki, bundan əvvəl heç kim belə bir şey görməyib”.

Trump deyib ki, Pxenyana Quamı, Birləşmiş Ştatları və ya Yaponiyanı hədələmək imkanı verilməyəcək.

ABŞ müdafiə naziri Jim Mattis deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyaya hücum etməyə “hazırdır”, lakin bu müharibə “fəlakətli” olacaq. Nazir əlavə edib ki, “vəziyyətin nəzarət altına alınması üçün diplomatik səylər sürət götürür”.

Trump Vaşinqtonun önləyici zərbə endirib-endirməyəcəyi barədə suala cavab verməyib, lakin deyib ki, o hələ də danışqılar üçün açıqdır.

Beynəlxalq narahatlıq

Şimali Koreya ötən ay iki qitələrarası raketi sınaqdan çıxarandan və indi Birləşmiş Ştatları vurmaq iqtidarında olduğunu bəyan edəndən bəri Pxenyanın hərəkətlərindən beynəlxalq narahatlıq artıb.

Ötən həftə BMT Təhlükəsizlik Şurası Şimali Koreya üzərinə sərt sanksiyalar qoyan qətnaməni yekdilliklə qəbul edib.

Avqustun 10-da Şimali Koreyanın əsas diplomatik müttəfiqi olan Pekin hər iki tərəfi qızğın ritorikadan çəkinməyə çağırıb.

Bundan əvvəl Trump Çini tənqid edərək demişdi ki, Pekin Pxenyanı özünün raket və nüvə proqramını dayandırması üçün daha çox iş görə bilərdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG