Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Trump Şimali Koreya liderindən ‘gözəl bir məktub’ aldığını deyir


ABŞ prezidenti Donald Trump (solda) və Şimali Koreya lideri Kim Jong Un
ABŞ prezidenti Donald Trump (solda) və Şimali Koreya lideri Kim Jong Un

ABŞ prezidenti Donald Trump avqustun 9-da bildirib ki, bundan bir gün əvvəl Kim Jong Un-dan “çox gözəl bir məktub” alıb.

Trump əlavə edib ki, Şimali Koreya lideri ilə yenidən görüşə bilər.

Trump və Kim arasında son 14 ayda üç görüş keçirilməsinə baxmayaraq Pxenyan bu müddətdə çox sayda raket sınaqları keçirib.

Trump jurnalistlərlə söhbətində yeni görüşün vaxtı barədə heç nə deməyib.

Trump və Kim xəbər verildiyinə görə iyunun 30-da yarımçıq kəsilmiş görüşləri zamanı danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.

Şimali Koreya avqustun 6-da iki raket atıb və Birləşmiş Ştatlarla Cənubi Koreyanın bir gün əvvəl başlanmış birgə manevrlərini pisləyib.

Pxenyan 2017-ci ildən bəri mövcud olan moratoriuma baxmayaraq uzaqmənzilli raket sınaqlarının mümkün bərpası barədə xəbərdarlıq edib.

Trump Şimali Koreyanın son raket sınaqlarının əhəmiyyətini azaltmağa çalışıb.

ABŞ dövlət katibi Mike Pompeo avqustun 7-də deyib ki, Vaşinqton yaxın həftələrdə Pxenyanla danışıqların bərpa olunacağına ümid edir.

Trump-ın Kimlə ötən fevralda keçirilmiş görüşü nəticəsiz qurtarıb.

ABŞ bu görüşdə Şimali Koreyadan özünün nüvə silahı cəbbəxanasını ləğv etməyi tələb etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG