Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:59

Trump-la Kim arasında görüşün vaxtı elan edildi


Donald Trump (solda) və Kim Jong Un
Donald Trump (solda) və Kim Jong Un

Ağ Ev iyunun 4-də bildirib ki, ABŞ prezidenti Donald Trump-ın Şimali Koreya lideri Kim Jong Un-la görüşü Sinqapurda, iyunun 12-də yerli vaxtla səhər saat 9-a (Bakı vaxtı ilə 6-ya) təyin edilib.

Görüşün planlaşdırılması davam edir və ABŞ və Şimali Koreya danışıqçıları bu məqsədlə Demilitarizasiya Zonasında görüşürlər.

Bu barədə məlumatı Ağ Evin sözçüsü Sarah Sanders verib.

Trump bundan əvvəl Kimlə görüşün ləğv edildiyini bildirmişdi, lakin hər iki tərəf sammitin baş tutmasına çalışırdı.

Sammitin tam gündəliyi hələki məlum deyil.

Sanders deyib ki, yüksək vəzifəli rəsmi Kim Yong Chol-un iyunun 1-də Trump-a Kim Jong Un-dan gətirdiyi məktub “maraqlıdır”. Sözçü bundan artıq təfərrüat bildirməyib.

Trump deyib ki, o Kimlə görüşdən “çox pozitiv nəticə” gözləyir. ABŞ Şimali Koreyanın öz nüvə proqramına son qoymasını istəyir.

Pxenyan uzun illərdir ki, özünün nüvə və ballistik raket proqramlarına görə BMT-nin sərt sanksiyaları altındadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG