Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Trump deyir ki, Kim-lə görüşünün vaxtı və yeri məlumdur


Şimali Koreya lideri Kim Jong Un (solda) və ABŞ prezidenti Donald Trump
Şimali Koreya lideri Kim Jong Un (solda) və ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump deyib ki, onun Şimali Koreya lideri Kim Jong Un-la tarixi görüşünün yeri və vaxtı dəqiq məlumdur. Buna baxmayaraq prezident yerin və vaxtın daha geniş təfərrüatlarına varmayıb.

Trump Dallas şəhərinə yollanmazdan əvvəl mayın 4-də Ağ Evdə müxbirlərə deyib: "İndi biz, tarixi və yeri bilirik. Biz bunları çox tezliklə elan edəcəyik”.

Ötən həftə Trump işarə etmişdi ki, iki lider iki Koreya arasındakı demilitarizasiya zonasında (DMZ) görüşə bilər.

Görüş üçün başqa məkanların arasında Sinqapur, Monqolustan və İsveçrənin adları çəkilir.

Bu görüşə hazırlıqlar aprelin 27-də, Kimlə Cənubi Koreya lideri Moon Jae-nin DMZ-dəki görüşündən sonra böyük vüsət alıb.

Bu görüş Koreya yarımadasında çoxdan bəridir davam edən gərginliyin aradan qaldırılmasına və Pxenyanın nüvə sınaqlarına son qoyulmasına görə lazımdır.

Bu arada Cənubla daha bir yaxınlaşma jesti kimi Şimali Koreya mayın 4-də saatı 30 dəqiqə irəli çəkdiyini bildirib. Beləliklə, indi hər iki Koreyada eyni vaxt olacaq.

Şimali Koreya 2015-ci ildə vaxtı yarım saat geriyə çəkməklə “Pxenyan vaxtı” yaratmışdı.

Bu arada Trump guya Pentaqondan Cənubi Koreyadakı ABŞ qüvvələrinin ixtisarı və ya oradan ümumiyyətlə çlıxarılmasını istədiyi barədə xəbərləri təkzib edib.

O deyib ki, belə bir addım müzakirə olunmur.

XS
SM
MD
LG