Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Trump Cənubi Koreyadakı ABŞ əsgərlərinin sayını azaltmayacağını deyib


Prezident Donald Trump deyib ki, Cənubi Koreyada yerləşdirilmiş ABŞ əsgərlərinin sayının azaldılması məsələsi Şimali Koreya lideri Kim Jong Unla qarşıdan gələn sammitdə əldə olunacaq hər hansı bir razılaşmaya daxil ola bilməz”.

Trump fevralın 22-də Cənubi Koreyadakı 28 min 500 ABŞ əsgərinin hər hansı ixtisarı planlarına dair suala cavab olaraq deyib ki, “bu, müzakirə masasının üstündə olmayan məsələlərdən biridir”.

Trump bildirib ki, o Kimlə danışıqlarda öz mövqeyini əvvəlcədən açmaq fikrində deyil, çünki Birləşmiş Ştatlar Pxenyanın öz nüvə silahlarından imtina etməsini istəyir.

Elə isə qarşı tərəfə nə təklif edəcəyi barədə sualın cavabında Trump deyib ki, “hər şey masa üstündədir”.

Trump son vaxtklar xaricdəki ABŞ əsgərlərinin sayının azaldılmasına dair bir neçə qərarlar qəbul edib və Seulu Cənubi Koreyada yerləşdirilmiş Amerika qüvvələrinə kifayət qədər maliyyə dəstəyi verməməkdə günahlandırıb.

ABŞ qoşunları Cənubi Koreyada 1950-1953-cü il Koreya müharibəsindən sonra saxlanıb. Şimali və Cənubi Koerya hələ də texniki baxımdan müharibədədirlər, çünki Pxenyanla Seul arasında rəsmi sülh sazişi imzalanmayıb.

Trump-ın Kim Jong Unla Hanoyda keçiriləcək sammiti fevralın 27-28-ə planlaşdırılıb. Bu onların ikinci zirvə görüşüdür.

Ötən iyunda Sinqapurda keçirilən birinci sammit Kimin Koreya yarımadasının nüvəsizləşdiriləcəyinə dair götürdüyü yayğın öhdəliklərlə nəticələnmişdi. Buna baxmayarqaq Trump bəyan etmişdi ki, sammit Şimali Koreya təhlükəsinə son qoyub.

Lakin Pxenyan hələlik Vaşinqtonun “konkret addımlar” adlandırdığı hərəkətlərə keçməyib.

ABŞ kəşfiyyat rəsmilərinin yanvarın 29-da Senat komitəsində Şimali Koreyanın nüvəsizləşdirməyə sadiqliyi barədə dedikləri Trump-ın bəyanatları ilə ziddiyyət təşkil edir.

Trump kəşfiyyat başçılarının bəyanatlarını “sadəlövh” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG