Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Trump-ın Kim Jong Un-la ikinci sammit keçirəcəyi xəbər verilir


ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-la ikinci görüşünü gələn ayın axırlarında keçirəcək. Bu barədə məlumatı Ağ Ev yanvarın 17-də Trump-ın Pxenyanın baş nüvə danışıqçısı ilə görüşündən sonra yayıb.

Ağ Evin sözçüsü Sarah Sandersin açıqladığı bəyanatda deyilir: “Prezident Donald J. Trump Kim Yong Chol-la bir saat yarım müddətində görüşərək nüvəsizləşdirməni və fevralın sonlarında keçiriləcək ikinci sammiti müzakirə edib. Prezident sədr Kimlə daha sonra elan olunacaq yerdə görüşəcək”.

İki liderin ötən iyunda Sinqapurda keçirilmiş sammiti Kimin Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair götürdüyü yayğın öhdəliklə nəticələnib.Bu görüşdən sonra Trump elan etmişdi ki, Şimali Koreyadan qaynaqlanan təhlükə aradan qalxıb.

Lakin Pxenyan hələlik Vaşinqtonun təbirincə deyilsə bu istiqamətdə konkret addımlar atmağa başlamayıb.

Kim Yong Chol-un gəlişindən cəmi bir neçə saat əvvəl Trump ABŞ-ın yeni raketdən müdafiə strategiyasını açıqlamışdı. Bu strategiya sənədində Şimali Koreya “davam edən fövqəladə təhlükə” adlandırılır.

Vaşinqton və Pxenyanla yaxşı münasibətlərə malik kommunist üsul-idarəli Vyetnamın növbəti sammitin ev sahibi olacağı gözlənilir.

Ağ Evdə cümə günü keçirilmiş görüşdən əvvəl Şimali Koreya səfiri ilə ABŞ dövlət katibi Mike Pompeo arasında 45 dəqiqə çəkən danışıqlar olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG