Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

Trump İrana görə kəşfiyyat başçılarını ‘sadəlövh’ adlandırır


Prezident Donald Trump, ABŞ kəşfiyyat başçılarının Senatda İrana dair verdikləri ifadələr onun öz baxışları ilə ziddiyyət təşkil etdiyinə görə onları “son dərəcə passiv və sadəlövh” adlandırıb.

Trump bu barədə yanvarın 30-da Twitter-də yazıb:

"İranın təhlükələri məsələsinə gələndə kəşfiyyat adamları son dərəcə passiv və sadəlövh görünürlər. Onlar səhv edirlər!”

Prezidentin bu tvitindən bir gün əvvəl ölkənin kəşfiyyat başçıları Senat komitəsinə demişdilər ki, İrandan gələn təhlükə azalır, çünki Tehran atom bombası istehsalına doğru addımlar atmır.

Trump bu ifadə ilə bağlı acıqlı reaksiya verib:

"İranla dəhşətli Nüvə Sazişinə son qoyandan bəri onlar ÇOX fərqli davranırlar, amma təhlükə və münaqişə mənbəyi olaraq qalırlar. Onlar raketləri sınaqdan keçirirlər (keçən həftə) və son həddə çox yaxınlaşıblar. Onların iqtidsadiyyatı indi dağlılır, onları saxlayan yeganə məsələ budur. İrandan ehtiyatlı olun. Belə görünür ki, Kəşfiyyat yenidən məktəbə qayıtmalıdır!”

Birləşmiş Ştatlar ötən noyabrda 2015-ci il nüvə sazişini tərk etdikdən sonra Tehranın üzərinə ABŞ sanksiyaları bərpa olunub. Bu saziş İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.

ABŞ kəşfiyyatının rəhbərləri yanvarın 29-da Senatın Kəşfiyyat Komitəsi qarşısında demişdilər ki, Trump ABŞ-ı nüvə sazişindən çıxardıqdan sonra Tehran bu sənəd üzrə bir sıra öhdəliklərini dayandıracağı ilə hədələsə də, hələlik nüvə silahı istehsalından çəkinməklə sazişin şərtlərini pozmur.

FTB-nin direktoru Christopher Wray (solda); MKİ-nin başçısı Gina Haspel və Milli Təhlükəsizliyin rəhbəri Dan Coats yanvarın 29-da Senat dinləməsində
FTB-nin direktoru Christopher Wray (solda); MKİ-nin başçısı Gina Haspel və Milli Təhlükəsizliyin rəhbəri Dan Coats yanvarın 29-da Senat dinləməsində

Kəşfiyyat başçıları Trump-ın mövqeyi ilə ziddiyyət təşkil edən başqa qiymətləndirmə də açıqlayıblar. Onlar Rusiyanın ABŞ seçkiləri üçün təşkil etdiyi hədələrdən, İslam Dövləti ekstremist təşkilatının Suriyada yaratdığı təhlükədən və Şimali Koreyanın nüvəzsizləşdirməyə sadiqliyindən söz açıblar.

Birləşmiş Ştatların nüvə sazişindən çıxması İranın iqtisadi problemlərini dərinləşdirib, ölkənin milli valyutası rial ABŞ dollarına nisbətdə məzənnədən düşüb.

İran və ABŞ arasında münasibətlər gərgin olaraq qalır və hər iki tərəf davakar ritorikadan istifadə edir.

Bu ayın əvvəllərində İranın ali rəhbəri ayətüllah Ali Khamenei ABŞ rəsmilərini “birinci dərəcəli ipləmələr” adlandıraraq lağa qoymuşdu.

Khamenei habelə adını çəkmədiyi ABŞ rəsmisinə, onun İranda 2018-ci ildə rejim dəyişikliyi olacağına dair proqnozuna görə rişxənd etmişdi.

Trump-la ABŞ kəşfiyyat icmasının baxışları isə ilk dəfə deyildir ki, ziddiyyət təşkil edir.

Trump ötən iyulun 16-da Helsinkidə Rusiya prezidenti ilə sammitin əsnasında Moskvanın ABŞ seçkisinə müdaxilə etmədiyinə dair Putinin inkarlarına inandığını demişdi.

ABŞ kəşfiyyatı bu məsələdə Trump-la 180 dərəcə əks mövqedədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG