Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Trump-ın Əfqanıstandan ‘əhəmiyyətli sayda’ qoşunu çıxaracağı xəbər verilir


Əfqanıstandakı ABŞ hərbçiləri
Əfqanıstandakı ABŞ hərbçiləri

ABŞ mediasının administrasiyanın çoxsaylı rəsmilərinə istinadən verdiyi xəbərlərdə Donald Trump-ın əhəmiyyəli sayda ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması məsələsini nəzərdən keçirdiyi bildirilir.

The Wall Street Journal qəzeti dekabrın 20-də ABŞ-ın adı çəkilməyən yüksək vəzifəli rəsmisinə istinadən yazır ki, Trump “münaqişələrin başa çatdırılması üçün işlək variantların tapılmasını istəyir”.

Bu xəbərlərdən əvvəl Donald Trump ABŞ qoşunlarının tam şəkildə Suriyadan çxıarılacağına dair qəfil qərarını bəyan etmiş və bu qərarı ilə bir çox ABŞ millət vəkillərini və Vaşinqtonun Qərb müttəfiqlərini hiddətləndirmişdi.

Trump bu xəbərin dərhal ardınca müdafiə naziri general Jim Mattis-in vəzifəsindən getdiyini elan edib. Özünün istefa məktubunda 68 yaşlı dəniz piyadaları generalı bir çox baxışlarının prezidentin mövqeyi ilə uyğun olmadığını bildirib.

WSJ, habelə Reuters-in xəbərlərində deyilir ki, Əfqanıstandan qoşunların çxıarılması və onların nə sayda olacağı barədə təfərrüatlar bildirilmir. Pentaqon bütün bunlar barədə şərh verməkdən imtina edib.

ABŞ qoşunları Birləşmiş Ştatların üzərinə 11 sentyabr 2001-ci il terror hücumlarından dərhal sonra Əfqanıstana daxil olaraq Talibanın hakimiyyətinə son qoyub.

Buna baxmayaraq Qərb tərəfindən dəstəklənən Kabul hökuməti Taliban və başqa yaraqlı qruplaşmaların öhdəsindəbn gələ bilmir.

ABŞ rəsmiləri çoxdan bəri idi ki, Talibanı Kabul hökuməti ilə danışıqlar masası arxasına gətirməyə çalışırdılar.

Ötən aylarda ABŞ hökuməti ilə Taliban rəhbərliyi arasında danışıqların getdiyi xəbər verilir.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Khalilzad dekabrın 20-də Talibanın Kabul hökuməti ilə danışıqlara hazır olduğuna ümid etmədiyini deyib.

Khalilzad deyib ki, o Kabul hökumətinin sülh istədiyindən əmindir, hərçənd eyni sözləri Taliban haqqında deyə bilmir.

Khalilzad-ın Talibanla Birləşmiş Ərəb Əmirliklərində apardığı danışıqlara Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələri də qoşulublar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG