Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Trump Birləşmiş Ştatların Almaniyadakı bazasına baş çəkib (Video)


Prezident Donald Trump və birinci ledi Melania Trump İraqdakı ABŞ hərbçilərinə baş çəkiblər
Prezident Donald Trump və birinci ledi Melania Trump İraqdakı ABŞ hərbçilərinə baş çəkiblər

Prezident Donald Trump İraqa qəfil səfərdən sonra Almaniyadakı ABŞ hərbi bazasına baş çəkib.

O, Almaniyadakı Ramstein Hava Qüvvələri Bazasında hərbçilər üçün üstündə “Make America Great Again” yazılmış qırmızı beysbol kepkalarını imzalayıb, əsgərlərlə şelfi çəkdirib.

İraqdakı Al-Asad bazasında isə o, qonşu Suriyadan 2 min hərbçini çıxarmaq qərarını müdafiə edib, deyib ki, İslam Dövləti (İŞİD) qruplaşması “demək olar məğlub edilib” və hər hansı şəkildə baş qaldırarlarsa, İraqdakı ABŞ əsgərləri onların öhdəsindən gələ bilər.

Donald Trump İraqa gözlənilməz səfər edib
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00


Heç bir ölkənin bizim ordunun onları qoruması üçün istifadə etməsinə imkan vermək istəmirik. Buna görə ödəniş etmirlər, etməli olacaqlar”, – Trump Birləşmiş Ştatların qlobal polis rolunun başa çatdığını elan edərkən söyləyib.

Bütün dünyaya yayılmışıq. Çox adamın eşitmədiyi ölkələrdə mövcuduq. Səmimi desəm, gülünc səslənir”, – o vurğulayıb.

Suriyadakı ABŞ əsgərləri İŞİD-ə qarşı savaşan kürd yaraqlılarına yardım edirdi.

Trump səfəri zamanı İraq rəhbərliyi ilə də görüşməliydi, amma onun necə keçirilməsi barədə razılıq olmadığından görüş təxirə salınıb.

ABŞ Dövlət Departamenti bildirib ki, görüşü telefon söhbəti əvəzləyəcək.

***

Prezident Donald Trump İraqda mənzillənmiş ABŞ qoşunlarına əvvəlcədən elan edilmədən baş çəkib.

Ağ Ev dekabrın 26-da bildirib ki, prezident bir gün əvvəl axşamın gec saatlarında Bağdadın qərbindəki Al-Asad hərbi hava bazasına gəlib.

Bu səfər zamanı birinci ledi Melania Trump prezidenti müşayiət edir.

Trump prezident olandan bəri münaqişə zonalarındakı heç bir ABŞ qoşununa baş çəkmədiyinə görə çox kəskin tənqid olunurdu.

Oktyabr ayında Trump demişdi ki, o belə səfərlərin “son dərəcə mühüm” olduğunu düşünmür.

Bu səfərdən az əvvəl Trump İraqın qonşuluğundakı Suriyadan 2000-dək ABŞ hərbçisinin çıxarılımasını əmr etmişdi. Bu qüvvələr Suriyada kürd qüvvələrinə özünü İslam Dövləti adlandıran ekstremist tyəşkilata qarşı münarizədə dıəstık verirdi.

Bundan başqa Pentaqon daha 14 min əsgərin Əfqanıstandan çıxarılacağını elan edib.

İraqda isə yerli təhlükəsizlik qüvvələrinə dəstək verən 5 minlik ABŞ əsgəri qüvvəsi var.

Trump dekabrın 26-da bu qüvvələrin çıxarılması üçün heç bir planın olmadlığını deyib.

O əlavə edib ki, zərurət ortaya çıxarsa, İraq Suriyadakı İŞİD qüvvələrinə hava zərbələrinin endirilməsi üçün baza ola bilər.

Ağ Ev bildirir ki, prezident İraqdan Vaşinqtona qayıdarkən yolüstü Almaniyadakı Ramstein hərbi hava bazasına baş çəkəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG