Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Trump İrana ‘daha böyük problemlər’ xəbərdarlığı edir


ABŞ przeidenti Donald Trump xəbərdarlıq edib ki, İran özünün nüvə proqramına yenidən başlasa, “əvvəllər üzləşdiyi problemlərdən daha böyükləri ilə üzləşə bilər”.

Ağ Evdə Fransa prezidenti Emmanuel Macron-la görüşündən əvvəl danışan Trump 2015-ci ildə İran və dünyanın altı gücü arasında imzalanmış sazişi “divanəlik” adlandırıb.

O deyib ki, ondan əvvəlki prezident Barack Obama-nın administrasiyası tərəfindən imzalanmış bu sənəd Tehranın ballistik raket proqramının və ya onun Yaxın Şərq boyunca yaraqlı qruplara dəstəyinin buxovlanması üçün heç bir şərt nəzərdə tutmur.

ABŞ prezidenti deyib ki, “Yaxın Şərqdə hara gedirsənsə get, İran bütün problemlərin arxasından görünür”.

ABŞ prezidentini İranla sazişi ləğv etməməyə inandırmağa çalışacağını bildirən Macron bunu da deyib ki, o da İranın regiondakı fəaliyyətinin cilovlanmasına tərəfdardır.

Trump nüvə sazişinin tərəfi olan Avropa ölkələrinə bu sənəddəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək “vaxt verib”. O deyib ki, əks halda Vaşinqton bu razılaşmadan çıxa bilər.

2015-ci ilı tarixli Birgə Hərtərəfli Hərəkət Planı (The 2015 Joint Comprehensive Plan of Action - JCPOA) adlı sənəd İran və Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında imzalanıb. Bu sazişə əsasən Tehran üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

Birləşmiş Ştatlardan başqa bu sənədi imzalamış bütün ölkələr razılaşmaya dəstək verdiklərini bəyan ediblər.

Aprelin 24-də Təbrizdə televiziya ilə yayınlanan çıxışında İran prezidenti Hassan Rohani amerikalı həmkarı Donald Trump-a xəbərdarlıq edib ki, ABŞ Tehranın dünya gücləriylə imzaladığı nüvə sazişindən çıxmasın, yoxsa bunun “ağır fəsadları” ilə üzləşər:

“Ağ evdəkilərə deyirəm ki, öhdəliklərinə əməl etməsələr, İran hökuməti buna qətiyyətlə cavab verəcək”.

Aprelin 24-də BMT-nin Cenevrədə keçirilən nüvə silahının yayılmaması konfransında Rusiya nümayəndəsi deyib ki, Moskva və Pekin 2015-ci il sazişinə “birmənalı dəstək” ifadə edən bəyanatın layihəsini hazırlayıblar və bu sənədin bütün imza sahibi ölkələr tərəfindən dəstəklənəcəyinə ümid edirlər.

Rusiya XİN-in nüvə silahlarına nəzarət departamentinin direktoru Vladimir Yermakov bildirib ki, nüvə sazişi olduqca kövrək sənəddir və onun dəyişdirilməsinə hər hansı cəhd qlobal nüvə təhlükəsizliyinə hədə yarada bilər.

Bundan bir gün əvvəl Rusiya xarici işlər naziri Serrgey Lavrov demişdi ki, Moskva və Pekin Vaşinqtonun bu sənədə qarşı “hər hansı təxribatını” bloklayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG