Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Trump İrana səsləndi: ...dinc etirazçılar qətl edilməməli, internet bağlanmamalıdır, dünya baxır


Donald Trump, 7 yanvar 2020
Donald Trump, 7 yanvar 2020

ABŞ prezidenti Donald Trump İran etirazçılarına dəstək ifadə edib, həm də hakimiyyəti növbəti zorakılıqlara getməməyə çağırıb.

"Cəsarətli, səbrli İran xalqına: Prezidentliyim başlayandan bəri sizinləyəm. İdarəçiliyim sizinlə birlikdə olmağa davam edəcək. Biz etirazlarınızı yaxından izləyirik və cəsarətinizdən ilham alırıq " deyə bildirir.

Trump İran hakimiyyətinə də müraciət edib:

"İran hökuməti insan haqları qruplarına İran xalqının davam edən etirazları barədə yerdən faktları izləməsinə və bildirməsinə icazə verməlidir. Dinc etirazçıların növbəti qətli olmamalı, internet bağlanmamalıdır. Dünya seyr edir". Trump İrana yönələn bu tivittləri həm də fars dilində paylaşıb.

Yanvarın 11-i günorta saatlarından başlayaraq İranın paytaxtı Tehran və daha bir neçə şəhərində tələbələr etiraz aksiyalarına başlayıblar.

AzadlıqRadiosu fars xidmətinin verdiyi məlumatlara görə, Amir Kabir və Sharif universitetləri qarşısına çıxan tələbələr İnqilab Keşikçilərinin yanvarın 8-də vurduğu Ukrayna təyyarəsi ilə bağlı rejimin xalqı aldatmasına etiraz ediblər. Aksiyalarda İranın Ali rəhbəri Ali Khamenei-yə, İnqilab Keşikçilərinə qarşı şüarlar səsləndirilib.​

Yanvarın 8-i səhər saatlarında Tehran yaxınlığında Ukraynana məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

Tehran bir-neçə gün təyyarənin İran hərbçilərinin atdığı raketlə vurulması ilə bağlı yayılan məlumatları təkzib etsə də yanvarın 11-də bunu etiraf edib.

Prezident və xarici işlər nazirinin etiraf və üzr istəməsindən sonra İran İnqilab Keşikçilərinin komandiri Amirali Hajizadeh də aerokosmik bölmənin Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğuna görə 'tam məsuliyyəti' qəbul etdiyini söyləyib.

Yanvarın 11-də keçirdiyi xüsusi mətbuat konfransında Amirali Hajizadeh deyib ki, Hava Hücümundan Müdafiə sistemi sərnişin təyyarəsini qanadlı raket kimi qəbul edib.

İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirən Əl Qüds qüvvələrinin komandanı general Qassem Soleimani yanvarın 3-ü Bağdad hava limanında ABŞ-ın hava zərbəsi nəticəsində öldürülməsindən sonra İran Amerikadan qısas alacağını bəyan etmişdi.

İran yanvarın 8-də İraqdakı ABŞ hərbi bazalarını raket atəşinə tutmaqla həmin qisası aldığını bəyan etdi və bu anda həm də məlum oldu ki, həmin vaxt Tehrandan qalxan Ukrayna sərnişin təyyarəsi də vurulub. Tehran ilk olaraq təyyarənin vurlmadığını və texniki nasaslıq səbəbibdən qəzaya uğradlğını iddia edirdi.

XS
SM
MD
LG