Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:13

Trump İran gəmilərinə atəş açmaq əmri verdiyini deyir


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların donanmasına Fars körfəzində ABŞ gəmilərini qısnamaya salan İran gəmilərinə hücum edilməsi və onların məhv edilməsi əmrini verdiyini bildirib.

O bu barədə aprelin 22-də yazdığı tvitdə məlumat verir:

“Mən Birləşmiş Ştatların Donanmasına bizim gəmilərimizi qısnayan bütün İran katerlərinin vurulması və məhv edilməsi barədə əmr vermişəm”.

Bu əmrdən bir həftə əvvəl ABŞ donanmasının açıqladığı videoda kiçik İran katerlərinin Fars körfəzinin Küveyt sahillərində təlim keçən ABŞ hərbi gəmilərinə yaxınlaşdığı görünürdü.

ABŞ hərbi dəniz donanması aprelin 15-də bildirmişdi ki, Birləşmiş Ştatların gəmiləri neytral sularda təlim keçirərkən İran İslam İnqilabı Keşikçilərinin (İİKK) 11 kateri ABŞ hərbi gəmilərinə “təhlükəli şəkildə yaxınlaşıb və onları sıxışdırmağa çalışıb”.

Lakin Trump yazdığı tvitdə konkret hadisəyə işarə etmir və bundan daha geniş təfərrüat vermir.

İran hərbiyyəsinin sözçüsü buna cavab olaraq bildirib ki, Birləşmiş Ştatlar “diqqətini öz silahlı qüvvələrinin koronavirusdan qorunmasına yönəltməlidir”.

Ötən həftə baş vermiş insidentdən sonra İİKK Birləşmiş Ştatları hadisə barədə yanlış məlumat verməkdə ittiham etmişdi.

Sözçü, əksinə, ABŞ hərbi gəmilərini “qeyri-peşəkar və təxribatçı davranışda” günahlandırır və amerikalılara xəbərdalrlıq edirdi ki, “istənilən yanlış hərəkətə qətiyyətli cavab veriləcək”.

ABŞ və İran hərbi gəmiləri arasında belə qarşıdurmalar əvvəllər də olub, lakin ABŞ gəmiləri yaxınlaşan İran gəmi və katerlərinə xəbərdarlıq atəşi açmaqla kifayətlənib.

Tehran və Vaşinqton arasında gərginlik ötən yanvarda İranın seçmə Qüds Qüvvələrinin komandanı general Qasem Soleimani İraqda ABŞ dronu tərəfindən öldürüldükdən sonra daha da gərginləşib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG