Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Trump-ın 2020-ci il büdcəsi xarici yayımların azaldılmasını nəzərdə tutur


AzadlıqRadiosunun Praqadakı qərargahı
AzadlıqRadiosunun Praqadakı qərargahı

ABŞ prezidenti Donald Trump-ın administrasiyası 2020-ci il üçün büdcə təklifini təqdim edib. Bu təklifdə xarici yayıma xərclərin 22 faiz ixtisar edilməsi, o cümlədən AzadlıqRadiosunun üç dil xidmətinin ləğv olunmasını nəzərdə tutulur.

Təklif olunmuş büdcənin xülasəsi martın 18-də ABŞ Qlobal Media Agentliyinin internet saytında dərc edilib. Bu qurum AzadlıqRadiosu, Amerikanın səsi, Azad Asiya Radiosu və başqa media vahidlərinin işini tənzimləyir.

Təqdim edilmiş büdcə təklifinə görə AzadlıqRadiosunun büdcəsi 2019-cu ildəki 124 milyon dollardan 2020-ci ildə 87 milyon dollarədək azaldılmalıdır.

Belə azalma radiounun Gürcü, Tatar-Başqırd və Şimali Qafqaz dil xidmətlərinin bağlanması da daxil xərclərin genişmiqyaslı ixtisarını nəzərdə tutur.

AzadlıqRadiosu habelə Monteneqro və Makedoniyadakı əməliyyatlarını da dayandırmaqla Balkan xidmətində ixtisarlar aparmalıdır.

AzadlıqRadiosu prezidentinin əvəzi Daisy Sindelar bu barədə deyib:

"Ötən il Azad Avropa/AzadlqıRadiosu internet, televiziya və radio vasitəsilə özünün həftəlik auditoriyasını 34 milyon nəfərə çatdırıb ki, bu da əvvəlki illə müqayisədə 30 faiz çoxdur. Bu, Rusiya, İran, Pakistan və AzadlıqRadiosunun bütün hədəf ölkələrində obyektiv jurnalistikaya artmaqda olan tələbatın sübutudur”.

AzadlıqRadiosu hazırda 22 ölkəyə 26 dildə yayınlar verir. Onun missiyası medianın məhdud olduğu ölkələrə obyektiv və peşəkar xəbər və informasiyanın çatdırılmasıdır.

Büdcə layihəsində Amerikanın səsi, Azad Asiya Radiosu və ABŞ Qlobal Media Agentliyinin başqa vahidləri üçün də nəzərəçarpacaq ixtisarlar nəzərdə tutulub.

Ümumilikdə Trump-ın büdcə təklifi ABŞ federal büdcəsinin tarixində ən böyük təklifdir və 4, 7 trilyon dollar ayrılmasını istəyir.

Bu büdcədə müdafiə xərcləri üçün 750 milyard dollar artım nəzərdə tutulub. Bu büdcə təklifinə habelə ABŞ-Meksika sərhədində divarın tikilməsi üçün 8, 6 milyard dolların ayrılması nəzərdə tutulub. Əvəzində sosial təminat, Medicard və Medicare kimi sosial proqramlardan 1, 9 trilyon dolların ixtisarı istənir.

İndi bu büdcə təklifi son qərarı verməli olan ABŞ Konqresinə göndəriləcək. Konqres bir qayda olaraq icra hakimiyyətinin təklifinə əsaslı dəyişikliklər edir.

2019-cu ildə prezidentin 91 milyon dollar təklifinə baxmayaraq Konqres AzadlıqRadiosuna 124 milyon dolların ayrılmasını təsdiq etmişdi.

Xanım Sindelar bu barədə deyib: "2020-ci il üçün büdcə təklifi uzun prosesin ilk addımıdır. Bəzi ölkələrdə bir xeyli tənqidçilərimiz bizim getməyimizi istəsələr də, biz ABŞ sərmayəçilərinin dəstəyi ilə öz həyati baxımdan mühüm fəaliyyətimizi bundan sonra da davam etdirməyə umid bəsləyirik”.

Trump administrasiyası martın 11-də büdcə təklifini Konqresə təqdim edərkən Demokratik Partiyadan olan bir çox millət vəkilləri bu layihəni qətiyyətlə rədd ediblər.

Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi təklif barədə deyib:

“Prezident Trump-ın qəddar və uzağı görməyən büdcə təklifi daha süst və zəif Amerikaya aparan yol xəritəsidir”.

Hətta Trump-ın Respublikaçı Partiyasından bəzi millət vəkilləri də təklifə ehtiyatla yanaşıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG