Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Demokratların çoxu Trump-a qarşı impicmentin tərəfdarıdır


ABŞ prezidenti Donald Trump 26 iyul, 2019
ABŞ prezidenti Donald Trump 26 iyul, 2019

ABŞ Konqresi Nümayəndələr palatasında demokratların çoxu Prezident Donald Trump-a qarşı impicment məsələsi qaldırılmasının tərəfdarıdır.

CNN-in apardığı hesablamalara əsasən 235 konqresmendən 118-i Trump-a qarşı impicment məsələsi qaldırılmasını istəyirlər.

Bu barədə The Washington Post qəzeti də yazır.

İmpicment prosesinə başlamaq üçün, Konqresin aşağı palatası olan Nümayəndələr palatasında sadəcə səs çoxluöu lazımdır.

Nümayəndələr palatasının sədri Nancy Pelosi isə belə bir addımı siyasi cəhətdən riskli sayır və partiyadaşlarına prezidentin fəaliyyəti ilə bağlı araşdırmaların nəticələrini gözləməyi məsləhət görür.

Hazırda Konqresdəki bir neçə komitə prezident Donald Trump-ın fəaliyyətini araşdırır.

Pelosi hesab edir ki, Trump-ın hərəkətlərinin qanunsuzluğunu sübut etmək üçün tutarlı dəlillər lazımdır.

İmpicmentin əlehdarları isə səyləri qarşıdan gələn seçki kampaniyasına yönələtməyə çağırırlar.

CNN və Washington Post-un hesablamaları qeyri-rəsmi xarakter daşıyır, çünki onlar siyasətçilərin nə vaxtsa impicmentin mümkünlüyü ilə bağlı verdikləri müxtəlif bəyanatlara əsaslanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG