Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:25

Trump impiçment söhbətindən ‘qətiyyən qorxmadığını’ deyir


Donald Trump demokrat rəqibi ilə bağlı Ukrayna prezidentindən etdiyi iddia olunan xahişi ilə əlaqədar impiçment oluna bilcəyi barədə söhbətlərdən qətiyyən narahat olmadığını deyib.

“Konqresdən səslənən impiçment çağırışı barədə ciddi düşünürmü” sualının cavabında Trump müxbirlərə deyib ki, “qətiyyən ciddi qəbul etmirəm”.

O bu barədə sentyabrın 23-də Nyu Yorkda, BMT-nin baş qərargaında deyib.

ABŞ mediası ölkənin kəşfiyyat icmasının bir nümayəndəsinin avqust ayında Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətindən verdiyi rəsmi şikayətdən yazırdı.

Ağ Evdə işləyən həmin kəşfiyyatçı prezidentin bu telefon danışığından ciddi narahatlığını ifadə etmişdi.

Sentyabrın 22-də Trump Zelenskiy ilə telefon söhbətində keçmiş vise-prezident Joe Biden və onun oğlu barədə də danışdığını etiraf edib.

O demişdi ki, Zelenskiy-ə “biz Joe Biden və onun oğlu kimi bizim adamlarımızın Ukraynada onsuz da mövcud olan korrupsiyaya töhfə verməsini istəmirik”.

Lakin Trump Biden barədə təhqiqata başlanması üçün Zelenskiy-ə təzyiq göstərdiyi barədə iddiaları danmışdı.

Biden gələn il keçiriləcək ABŞ prezident seçkisində Trump-ın rəqibi olmalıdır.

Trump-ın etirafl Konqresdəki demokratların rəsmi impiçment proseduruna başlanmasına çağırışları ilə nəticələnib.

Trump sentyabrın 23-də deyib ki, Zelenskiy ilə “mükəmməl bir söhbət” edib və bütün deyilənlərindemokratların “əcinnə ovu olduğunu hamı bilir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG