Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Trump ABŞ hökumətinin müvəqqəti açıldığını deyir


ABŞ prezidenti Donald Trump bəyan edib ki, o Konqres liderləri ilə federal hökumətin fevralın 15-dək müvəqqəti açılmasına dair razılaşma əldə edib.

Razılaşmaya görə Donald Trump-ın Meksika ilə sərhəddə divarın tikilməsi üçün istədiyi 5, 7 milyard dollara dair danışqılar müvəqqəti dayandırılır.

ABŞ tarixində hökumətin ən uzun müddətə bağlanması Trump və demokratlar bir neçə hökumət departamenti ilə bağlı razılaşma əldə edə bilmədikdən sonra başlanmışdı.

Trump, hökumətin maliyyələşdirilməsinə şərt kimi sərhəd divarı üçün 5, 7 milyard dolların ayrılması tələbini qoymuşdu.

Lakin Washington Post bildirir ki, Trump güzəştə gedərək hökumətin 3 həftə müddətində açılmasına razılaşıb.

35 gündür ki, davam edən qismən qapanmaya görə 800 federal qulluqçu maaş ala bilmir.

"Dərhal" və "mümkün qədər tez"

Prezident Trump deyib ki, o Senat çoxluğunun lideri Mitch McConnell-dən hökumətin açılmasına dair qərarı “dərhal” Senata təqdim etməyi xahiş edib.

Trump deyib ki, federal qulluqçular keçmiş və indiki maaşlarını “mümkün qədər tez” ala bilməlidirlər.

Bundan əvvəl hökumətin ən uzun müddətdə bağlı qalması 1990-cı illərdə Bill Clinton-un prezidentliyi dövründə baş vermişdi. O vaxt hökumət 21 gün bağlı qalmışdı.

Demokratlar bildiriblər ki, hökumətin bağlanmasına səbəb Trump-ın “ani əsəb çılğınlığı” olub və o ötən il hər iki palata tərəfindən təsdiq edilmiş büdcə qanununu imzalamaqdan imtina edib. Həmin büdcədə Trump-ın sərhəd divarı üçün vəsait nəzərdə tutulmamışdı.

Trump deyir ki, Meksika ilə sərhəddə divar tilkilməsi qanunsuz miqrant axınını azaltmaq üçündür.

Demokratlar isə Trump-ı Meksika ilə sərhəddəki vəziyyətin gərginliyini şişirtməkdə ittiham edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG