Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:05

Trump heykəlləri hücumlardan qorumaq üçün fərman imzalayıb


Prezident Donald Trump iyunun 26-da ictimai abidələrə qarşı vandalizm törədən etirazçıların sərt mühakimə edilməsinə çağıran fərman imzalayıb.

Prezident bildirib ki, o Vaşinqtonda “QAYDA və QANUNUN” bərpa edilməsinə əmin olmaq məqsədilə Nyu Cersiyə həftəsonu səfərini ləğv edir.

AFP agentliyi yazır ki, Trump-ın bu fərmanından əvvəl Minneapolisdə afroamerikalı George Floydun polis zorakılığı nəticəsində ölməsinə görə Amerika boyunca etirazlar keçirilirdi.

Bu da xəbər verilir ki, bir sıra şəhərlərdə etirazçılar tarixi şəxsiyyətlərin heykəl və abidələrinə vandalizm hücumları ediblər.

Bu hücumlar zamanı quldarlığı müdafiə edən konfederat liderlərin heykəlləri uçurulub.

Trump bu barədə Twitter-də yazıb:

"Mənim Amerika Abidələrini və Heykəllərini müdafiə etmək və son cinayətkar zorakılıqlara qarşı mübarizə üçün çox güclü Fərman imzalamağa səlahiyyətim var. Bizim Möhtəşəm Ölkəmizə qarşı bu qanunsuz aktlara görə uzunmüddətli həbsxana cəzaları verilməlidir”.

Heykəlləri yıxanlara ağır cəzalar

Etirazçılar Vaşinqtonda konfederat generallardan Albert Pike-ın heykəlini yıxıblar, amma qul sahibi olmuş prezident Andrew Jackson-un Ağ Evin yaxınlığındakı heykəlini yıxmaq cəhdləri uğursuz olub.

Ağ Evin bəyanatında deyilir ki, “heykəlləri yıxanların və ya onları zədələyənlərin məqsədi bizim keçmişimizi tərənnüm edən nə varsa dağıtmaq və keçmişimizi yaddaşlardan silməkdir”.

Fərman ictimai abidələrin dağıdılmasında təqsirli bilinənlərə ağır cəzalar nəzərdə tutan qanunların tətbiqinə çağırır, lakin heç bir yeni qayda qoymur.

Ağ Evin bəyanatında daha sonra deyilir:

"Prezident Trump zorakılığın küçələrərimizə nəzarət etməsinə, tariximizin yenidən yazılmasına və ya Amerika həyat tərzinə ziyan vurulmasına heç vaxt imkan verməyəcək”.

Ağ Ev habelə Trump-ın Bedminster kurortuna həftəsonu səfərini təxirə saldığını bəyan edib.

Lakin prezidentin sözçüsü Judd Deere əlavə edib ki, bu səfərin təxirə salınmasının Nyu Cersi qubernatorunun 14 günlük karantin tövsiyəsi ilə “heç bir əlaqəsi yoxdur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG