Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Trump fələstinliləri yenə də yardımı dayandırmaqla hədələyib


Prezident Donald Trump (solda) və İsrailin baş naziri Benjamin Netanyahu
Prezident Donald Trump (solda) və İsrailin baş naziri Benjamin Netanyahu

ABŞ prezidenti Donald Trump deyib ki, fələstinlilər İsraillə sülhə çalışmasalar onlar üçün nəzərdə tutulmuş yardım dayandırılacaq.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşdən sonra danışan Trump bildirib ki, fələstinlilər vise-prezident Mike Pence-in bölgəyə səfəri zamanı onunla görüşdən imtina etməklə Birləşmiş Ştatlara saymazlıq nümayiş etdiriblər.

Trump-ın ötən dekabrda Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı ərəb liderlər tərəfindən kəskin pislənib və fələstinlilər Pence-in Yaxın Şərqə səfərini boykot ediblər.

Trump bu barədə deyib: “Onlar bir həftə bundan əvvəl bizim möhtəşəm vise-prezidentimizin onlarla görüşməsinə imkan yaratmamaqla bizə qarşı hörmətsizlik ediblər. Biz isə onlara yüz milyonlarla dollar yardım və dəstək veririk. Bu çox böyük məbləğlərdir…Onlar başa düşümürlər ki, bu pullar masanın üstündədir və onlar masa arxasında oturub sülh barədə danışıq aparmasalar bu pullar onlara verilməyəcək”.

Fələstinin baş danışıqçısı Saeb Erekat
Fələstinin baş danışıqçısı Saeb Erekat

Vaşiqnton bundan əvvəl bildirmişdi ki, BMT-nin fələstinlilərə yardım göstərən fonduna verilməli olan vəsaitin yarısını dayandıracaq.

Fələstinin baş danışıqçısı Saeb Erekat deyib ki, ABŞ-ın yardımı dayandırmaq qərarı fələstinliləri İsrail və ABŞ-ın sülh danışıqları tələbinə boyun əyməyə məcbur edə bilməyəcək.

Erekat deyib ki, “prezident Trump çox şeyləri pulla alıb, amma bizim millətin ləyaqətini pulla ala bilməyəcək”.

XS
SM
MD
LG