ABŞ prezidenti Donald Trump-ın yanvarın 28-dək özünün Yaxın Şərq sülh planını elan edəcəyi gözlənir.
AzadlıqRadiosunda olan məlumata görə, Trump yanvarın 28-də Vaşinqtonda İsrailin baş naziri Benjamin Netanyahu-nu qəbul etməlidir.
“Bu əla və doğurdan da işləyən bir plandır” , Trump vurğulayıb.
Hələ ki, Netanyahu kimi Ağ evə dəvət almayan Fəlstin hakimiyyəti isə dərhal bu planı rədd edib.
Fələstin prezidenti Mahmud Abbasın nümayəndəsi Nabil Abu Rudeyna , İsrail və ABŞ adminstrasiyasına “heç bir qırmızı xətti” keçməməyi xəbərdarlıq edib.
Qeyd edək ki, Trump-adminstrasiyası ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürüb və İsrailin Qolan təpəlikləri üzərində suverenliyini təsdiqləyib.
Fələstin hakimiyyəti onun bu addımını kəskin pisləyib.
Məlumatlara görə Donald Trump, Netanjahu ilə yanaşı, müxalifət lideri Benny Gantz-ı da Vaşinqtona dəvət edib.
Amma onun Vaşinqtona səfərinin vaxtı hələlik bəlli deyil.
Trump- hələlik sülh planının detallarını açıqlamayıb.
Qeyd edək ki, İsraildə siyasi gərginlik hələ də davam edir.
Ötən il ölkədə keçirilən iki parlament seçkisindən sonra siyasi partiyalardan heç biri hökumət yaratmaq üçün lazım olan səs çoxluğunu qazana bilməyib.
Buna görə də 3-cü səsvermə gözlənir.
Netanyaju hələ ki, baş nazir vəzifəsində qalır, Gantz isə əvvəlki kimi növbəti seçkidə onun əsas siyasi rəqibi sayılır.