Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Trump və demokratlar ‘sərhəd divarı’ barədə razılığa gələ bilmədilər


Nancy Pelosi (solda), vise-prezident Mike Pence, prezident Donald Trump və demokrat senator Chuck Schumer dekabrın 11-də Ağ Evdə keçirilmiş danışıqlar zamanı
Nancy Pelosi (solda), vise-prezident Mike Pence, prezident Donald Trump və demokrat senator Chuck Schumer dekabrın 11-də Ağ Evdə keçirilmiş danışıqlar zamanı

ABŞ prezidenti Donald Trump və Konqres liderləri büdcə qarşıdurması və hökumətin qismən qapanmasının ardınca prezidentin sərhəd divarı tikilməsi tələbi barədə razılığa gələ bilməyiblər.

Yanvarın 4-də keçirilən bu görüş bağlı qapılar arxasında sayca ikinci müzakirə idi. Bununla belə tərəflər Konqreslə Ağ Ev rəsmiləri arasında bu həftəsonu yeni danışıqlar dövrəsinin açılması barədə razılığa gəliblər.

Trump ABŞ-Meksika sərhədi boyunca hasarın tikintisi üçün 5 milyard dollar vəsait istəyir, Konqresdəki demokratlar isə sərhəd divarı üçün artıq təsdiqlənmiş 1, 3 milyard dollardan çoxməbləğin ayrılmasına razılıq vermirlər.

Bu qarşıdurma ABŞ hökumətinin qismıən qapanması ilə nəticələnib. Trump son müzakirələri “yaxşı görüş” adlandırıb, lakin bəyan edib ki, o hökumətin müəyyən sektorlarının qapalı qalmasını “aylar və hətta illərlə” davam etdirə bilər.

Buna baxmayaraq demokratların bu məsələdə geri çəkiləcəyinə çox az adam inanır.

Demokratlar Trump-ı sərhəd təhlükəsizliyinə dair danışıqların davam etdiyi müddətdə hökuməti açmağa çağırıblar.

Yenidən Konqres demokratlarının rəhbəri və Nümayəndələr Palatasının spikeri seçilmiş Nancy Pelosi yanvarın 3-də deyib ki, “divar məsələsində” güzəşt olmayacaq.

Trump israr edir ki, sərhəd divarı ölkəyə qanunsuz miqrant və narkotiklərin axınını azaldacaq.

O 2016-cı ilin prezident seçkisi kampaniyası zamanı vəd etmişdi ki, sərhəd hasarının tikintisi üçün pulu Meksika ödəyəcək. Meksika bu tələbi rədd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG