Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

Trump-ın vəkili ‘susmayacağına’ işarə edir


Michael Cohen
Michael Cohen

ABŞ prezidenti Donald Trump-ın şəxsi vəkili “ailəsini və ölkəsini uca tutmaq niyyətində” olduğunu bəyan etməklə federal prokurorlarla əməkadaşlıq etməyə hazır olduğuna işarə edib.

Michael Cohen-in iyulun 2-də dərc olunmuş müsahibəsi Trump üçün yeni problemlərin əlaməti ola bilər. Trump uzun müddətdən bəridir ki, müstəntiqlərin ələ keçirdiyi minlərlə sənədin prokurorlara verilməməsi üçün mübarizə aparır.

Cohen bu müsahibədə deyib: “Arvadım, qızım və oğlum mənim sədaqətimin ilkin subyektləridirlər və bu həmişə belə olacaq. Mən ailəmi və vətənimi üstün tutacağam”.

Cohen deyib ki, o öz şərəfini heç kimin müdafiəsinə qurban vernmək niyyətində deyil.

FTB agentkləri ötən aprel ayında Cohen-in evində və ofisində axtarış aparıblar. Cohen 2016-cı ildə Trump-ın ABŞ prezidentliyinə namizədliyindən əvvəl onun uzun illər şəxsi vəkili olub.

Müstəntiqlər Trump-la intim əlaqələrinin olduğunu iddia edən porno aktrisasına Trump tərəfindən ödəniş edilməsinin araşdırırlar. Porno aktrisası ona edilən ödəniş müqabilində Trump-la münasibətləri barəsində susmalı idi.

Cohen-ə qarşı indiyədək cinaət işi qaldırılmayıb, lakin bir sıra müşahidəçilər Cohen-ə qarşı tezliklə cinayət araşdırılmasına başlanacağına inanırlar.

Cohen son xəbərlərlə bağlı deyib: “Mən cavab vermək istəyirəm. Lakin indilik vəkilimin məsləhəti iləheç bir suala cavab very bilmərəm!”

Cohen-ə dair araşdırma xüsusi prokuror Robert Mueller-in təhqiqatından ayrıca aparılır. Xüsusi prokuror prezident Trump-ın yoldaşlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdırır.

Bununla belə bildirilir ki, Cohen-in məsələsi Mueller-in komandası tərəfindən toplanmış materiallardan qaynaqlanıb.

Ümumilikdə Mueller-in cinayət araşdırması 20 nəfərə qarşı cinayət işlərinin qaldırılması ilə nəticələnib.

Barəsində cinayət işi qaldırılanlardan biri də Trump-ın birinci milli təhlükəsizlik müşaviri Michael Flynn və onun keçmiş kampaniya rəhbəri Paul Manafort-dur.

İndiyədək Flynn və Manafort-un biznes şəriki Rick Gates də daxil 5 nəfər təqsirlərini etiraf ediblər.

Manafort özünə qarşı bütün ittihamları rədd edir.

Son aylarda Trump Mueller-in araşdırmasına qarşı sərt bəyanatlarını bərpa edib. O bu araşdırmanı özünə qarşı “əcinnə ovu” adlandırır.

Porno aktrisası Stephanie Clifford-a pulun nə vaxt və nə üçün ödənildiyi mühüm məsələdir, çünki əgər pul onun Trump-la iddia edilən münasibətləri barədə susması üçün ödənilibsə və bu 2016-cı ilin seçki kampaniyası dövründə baş veribsə, federal qanunlar hadisənin ictimaiyyət üçün açıqlanmasını tələb edir.

Beləliklə, əgər pulun ödənilməsinə Trump göstəriş veribsə, o zaman bu, federal cinayət əməli sayılacaq.

Trump-dan fərqli olaraq Cohen ABŞ kəşfiyyatının Rusyanın seçkiyə müdaxiləsi barədə qiymətləndirməsini rədd etmir:

“Bir amerikalı kimi mən, Rusiyanın və ya hər hansı xarici ölkənin bizim demokratik prosesimizə müdaxiləsini və ya əngəl törətməsini pisləyirəm və bütün amerikalıları belə mövqe tutmağa çağırıram.Bu məsələdə Vladmir Putinin sadəcə olaraq danmasını qəbul etmək məqsədəuyğun deyil. Mən ölkəmizin kəşfiyyat agentliklərinin həmrəy nəticələrini qəbul edirəm”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG