Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

Hikmət Hacızadə: 'ABŞ-da üsyan baş verdi'


Hikmət Hacızadə
Hikmət Hacızadə

“Görünür, nəsə baş verib. Həm Amerika cəmiyyətində, həm də dünyada, böyük psixoloji, sosioloji hansısa partlayışlar olub. Böyük Britaniya Avropadan ayrıldı, Amerikada Trump prezident oldu. Bunlar hamısı bir böyük fenomenin təzahürləridir, nəticələridir”.

“Trump-ın qələbəsi mənim üçün gözlənilməz oldu, boynuma alıram. Gözləməzdim ki, xalq, özü də fəxr etdiyimiz Amerika xalqı Jirinovski sayaq adama səs verər”. Politoloq Hikmət Hacızadə ABŞ seçkilərindən danışarkən belə deyir. O bunun səbəblərini belə izah edir:

Buna da bax:​ Donald Trump-ın prezident seçilməsinə Azərbaycandan reaksiyalar- [Yenilənir]

– Görünür, nəsə baş verib. Həm Amerika cəmiyyətində, həm də dünyada, böyük psixoloji, sosioloji hansısa partlayışlar olub. Böyük Britaniya Avropadan ayrıldı, Amerikada Trump prezident oldu. Bunlar hamısı bir böyük fenomenin təzahürləridir, nəticələridir. Ya Qərb dünyasında sadə adamlar həyatlarından, gedişatdan böyük məyusluq yaşayırlar, ya da qloballaşmadan narazıdırlar. Problemlərin həll olunmaması və ya, belə deyim, çox çətinliklə həlli də buna səbəb olub bəlkə. Görünür, hamı sadə üsul istəyir, bir nəfər çıxıb desin ki, sabah baltayla vurub hər şeyi düzəldəcəm. Əslində, Hitlerə də buna görə səs vermişdilər. Almaniyanın qarşısında çox böyük problemlər vardı, o da hakimiyyətə gələndə onları həll edəcəyinə söz vermişdi. Yaxşı başlamışdı, axırını da gördük – 50 milyon adam öldü. Amma bütün bunlar sivilizasiya problemlərdir. Qloballaşmanı irəli aparan və ya kompüterlə, mikrofonla iş görənlər həyatda öz yerlərini tapıblar, dünyada baş verənləri anlayırlar. Ancaq böyük bir zümrə – sadə adamlar, fəhlələr, kəndlilər, satıcılar və s. nigarandırlar, özlərini unudulmuş, itirilmiş sayırlar. Bunlara yəqin Trump kimi adam daha cazibədar görünür. Ona görə də Trump-a səs verdilər. Üsyan baş verdi. Bax, o sadə adamların kompüter işlədən adamlara qarşı üsyanı.

– Hikmət bəy, nəticədən məyussunuz, deyəsən?

– Mən məyusam, bəli.

Buna da bax:​ CANLIDonald Trump prezidentdir. Qələbə nitqi

– Trump-dan nə gözləyirsiniz?

– Problem də ondadır ki, biz heç bilmirik bundan nə gözləyək. Hər gün bir söz deyirdi. Gah deyirdi ki, Rusiya ilə barışmaq lazımdır, birləşmək lazımdır, gah deyirdi ki, Meksika ilə Amerika arasına divar çəkəcək, bunun pulunu da Meksika hökuməti ödəyəcək. Gah deyirdi ki, müsəlmanları ölkəyə buraxmaq olmaz, gah da qadınlar haqda nalayiq danışırdı. Nə bilim... Hər halda, ABŞ prezidenti adi prezident deyil. Onun ətrafında cürbəcür balansları, əyləcləri var, məsləhətçiləri var, Konqres var, məhkəmə var... Yəqin nəyisə ona başa salacaqlar. Amma o da mümkündür ki, Trump çox çılğın bir prezident olsun və onu cilovlaya bilməsinlər. Onda xeyli səhv işlər görə bilər.

Buna da bax: ABŞ seçkiləri Rusiya televiziyalarının gözüylə

– Məsələn, hansı səhvləri edə bilər?

– Prezidentin xeyli səlahiyyəti var, məsələn, hansısa dövlət proqramlarını dayandıra bilər. Trump Barack Obama-nın sosial proqramlarını, tibbi sığorta proqramını və sairəni dayandıracağını deyir. Biri bu ola bilər. Prezidentin Konqresin qərarlarına veto qoymaq hüququ var... Hələlik heç nə bilmirik. Bəlkə də normal prezident olacaq? Bəlkə bic siyasət aparır. Danışmağına danışdı, amma başqa cür siyasət aparacaq? Bəri başdan nəsə demək olmur. Biz onu vəzifədə görməmişik, xarakterinə bələd deyilik.

Buna da bax:

Millət vəkili: ABŞ və Azərbaycan əlaqələrində dəyişiklik gözlənilmir
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG