Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:21

Trump: Britaniya lazım gəlsə "Brekzit" danışıqlarından çıxmalıdır


ABŞ prezidenti Donald Trump 22 mayŞ 2019, Vaşinqton

ABŞ prerzidenti Donald Trump Böyük Britaniyanı, Avropa Birliyi ilə Brekzit danışıqlarında sərt xətt tutmağa və istədiyini ala bilməyəcəyi halda danışıqlardan heç bir şərtsiz getməyə çağırıb.

Bu barədə AzadlıqRadiosu iyunun 2-də The Times qəzetinə istinadla məlumat verir.

Trump həmçinin deyib ki, o Boris Consonun Britaniyanın növbəti baş naziri olmasını dəstəkləyir.

Qeyd edək ki, ABŞ prezidentinin iyunun 3-də Böyük Britaniyaya rəsmi səfəri gözlənir.

Trump iyunun 1-də dərc edilmiş yazıda qəzetə deyib ki, Britaniyanın növbəti baş naziri Avropa Birliyindən çıxmaq üçün milyardlarla funt-sterlinq vəsaiti ödəməkdən imtina etməlidir. Və əgər Brüssel Britaniyanın tələblərini qəbul etməsə, danışıqlardan çıxmalıdır.

Trump mayın 31-də də The Sun qəzetinə müsahibəsində də, Boris Consonun baş nazirliyə əla seçim olduğunu demişdi.

Qeyd edək ki, baş nazir Theresa May iyunun 7-də istefa verməlidir.

Müxalifətdə olan Leyborist partiyasından Jeremy Corbyn isə Consonu dəstəkləməsinə görə, Trump-ı tənqid edib və onu Böyük Britaniyanın işlərinə qarışmaqda günahlandırıb.

Qeyd edək ki, baş nazir Theresa May, Brekzit-Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı Brüssellə danışıqlarda əldə etdiyi razılaşmaya ölkə parlamentində dəstək ala bilmədiyindən, mühavizəkarlar partiyasının sədrliyindən gedib.

Növbəti naziri mühavizəkarlar seçməlidir və bunun üçün ümummilli seçki lazım deyil.

Buna da bax:

Xatırlatma.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalı, bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalı idi.

Avropa Birliyi ilə baş nazir Thereza May, sonda məsələ ilə bağlı razılığa gəlsələr də, Britaniya parlamenti Mayın planını qəbul etmir. Parlament hesab edir ki, bu həddən çox ymşaq variantdır və Britaniyaya sərf eləmir.

Son rəy sorğularına görə əgər Brekzit-lə bağlı Britaniyada təkrar referendum keçirilsə, sakinlərin çoxu indi ölkənin Avropa Birliyində qalmasına səs verərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG