Prezident Donald Trump bildirib ki, özünün milli təhlükəsizlik müşaviri John Boltonu vəzifəsindən azad edib.
Prezident deyib ki, o və Bolton bir çox məsələlər barədə “ciddi şəkildə razılaşmırlar”.
Sentyabrın 10-da yazdığı tvitdə Trump qeyd edir ki, “mən John Boltona onun xidmətinin Ağ Evə artıq lazım olmadığını ötən gecə bildirmişəm”.
Trump yazır:
"Mən və o cümlədən administrasiyada başqaları onun bir çox təkliflərini çox güclü şəkildə qəbul etmirik. Mən John-dan istefasını istəmişəm və bu istefa ərizəsi mənə bu səhərə verilib. Mən yeni milli təhlükəsizlik müşavirinin adını gələn həftə elan edəcəyəm”.
Bolton sentyabrın 10-da deyib ki, o istefasını ötən axşam bəyan edib və Trump ona “bu barədə gəl səhər danışaq” deyib.