Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Trump-ın baş prokurorluğa namizədi Senat komitəsinə ifadə verəcək


William Barr
William Barr

Prezident Donald Trump-ın baş prokuror vəzifəsinə namizədi ABŞ Senat Komitəsinin qarşısında ifadə verəcək. Onun baş prokuror olarsa xüsusi prokuror Robert Mueller-in Rusiya təhqiqatına nəzarət edəcəyi bir sıra siyasi dairələrdə narahatlıq doğurur.

William Barr-ın yanvarın 15-də Senatın Ədliyyə Komitəsinin qarşında verəcəyi ifadə onun Jeff Sessions-ın kürsüsünü tutmaq prosesində ilk addım sayılır.

Əgər təsdiq olunarsa, Barr Ədliyyə Nazirliyinin rəhbəri olacaq. ABŞ-da baş prokuror həm də ədliyyə naziridir. Bu halda Mueller-in təhqiqatı tamamilə Barr-ın nəzarətinə keçəcək.

Bu təsdiqlənmə prosesi həm də Mueller-in təhqiqatı, eləcə də Trump-ın özünün Vladimir Putin də daxil Rusiya rəsmiləri ilə şəxsi kommunikasiyları barədə sualların artdığı bir vaxta təsadüf edir.

Trump keçmiş baş prokuror Jeff Sessions-ın işindən dəfələrlə narazılıq ifadə etmişdi. O Sessions-ı özünü Mueller-in təhqiqatına nəzarətdən ayırmaq qərarına görə tənqid edirdi. Buna görə də Barr baş prokuror əvəzi təyin edilənədək Mueller-in təhqiqatına rəsmi olaraq baş prokuror müavini Rod Rosenstein rəhbərlik edirdi.

Senat komitəsindəki ifadəsinin əvvəlcədən hazırlanmış mətnində deyilir ki, Mueller-ə öz işini tamamlaması üçün vaxt verilməsi “son dərəcə mühümdür”.

Amma Barr həm də bu qənaətdədir ki, Konqres və ictimaiyyət Mueller-in təhqiqatının gedişatı barədə məlumatlandırılmalıdır. Hazırkı qanun bunu tələb etmir.

Mueller-in təhqiqatı demək olar ilk günündən Trump-ın prezidentliyinə kölgə salıb.

Son zamanlar ABŞ mediasının xəbərləri daha çox suallar doğururb.

Ötən həftə The Washington Post qəzeti yazmışdı ki, Trump özünün Putinlə söhbətlərinin “təfərrüatlarını açıqlamamaqla fövqəladə məsafədə uzağa gedib”.

The New York Times qəzetində dərc edilmiş başqa bir məqalədə deyilirdi ki, FTB 2017-ci ildə Trump-ın Rusiya maraqlarına işlədiyini araşdıran əks-kəşfiyyat təhqiqatı açıbmış. Məqalədə qeyd olunurdu ki, bu, Trump FTB-nin direktorunu vəzifəsindən azad etdikdən dərhal sonra baş verib.

Mövcudluğu iddia olunan bu təhqiqatın sonradan Trump-ın Rusiya ilə 2016-cı il seçkisindən əvvəlki əlaqələrini araşdıran xüsusi prokuror Robert Muellerin apardığı təhqiqata birləşdirildiyi deyilir.

Nyu Orleana yollanmazdan əvvəl Ağ Evin qarşısında danışan Trump FTB və Ədliyyə Nazirliyinin rəsmilərini “kimliyi bəlli əclaflar” və “çirkli polislər” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG